Mart 30, 2019

Alimlər super kütləli qara dəliyə aid sübut tapdılar

Qalaktikadakı ulduzları bir yerdə tutan cazibə qanunun qaynağı olduğu düşünülən Sagittarius A* ilk dəfə görüntüləndi.

Qara dəliklər illərdir elm adamlarının həll etmək üçün səy göstərdiyi mövzuların başında gəlir. İşığın belə qaça bilmədiyi qara dəliklər, adı üzərində, tamamilə qara olduğu üçün görüntülənməsi olduqca çətindir. Bir qrup astronom fərqli bir şəkildə də olsa ilk dəfə qara dəliyin fotoşəklini çəkdiyini  bildirir.

Böyük kəşf

Bilindiyi kimi qalaktikamızın tam ortasında yer alan və Sagittarius A olaraq adlandırılan radio qaynaqları uzun müddətdir araşdırılır. Bu ad səmada Sagittarius ilə Scorpius bürclərinin yanında olmasından dolayı verilib.

Bu radio qaynaqların içərisində isə Sagittarius A* obyektinin super kütləli bir qara dəlik olduğu düşünülürdü. Qalaktikadakı ulduzları bir yerdə tutan cazibə qanununun qaynağı olduğuna inanılan Sagittarius A* ilə əlaqədar bu günə qədər radio dalğaları ilə hesablamalar edilə bilirdi.

Sagittarius A* qara dəliyinin 4.4 milyon Günəş kütləsində və bizdən 26 min işıq ili uzaqlıqda olduğu təxmin edilir. Astronomlar 16 ildə bir qara dəliyin orbitini tamamlayan S2 ulduzunu izlərkən maraqlı bir hadisənin fərqinə varmışdır.

Sagittarius A* qara dəliyinin ətrafında işıq sürətinin  30%-ə  qədər bir sürətlə dönən super isti qaz kütlələri görüntülənmişdir. Yuxarıda da ifadə etdiyimiz kimi, qara dəliyin qapqara olması səbəbiylə fotoşəkili çəkilə bilinmir. Yalnız içinə çəkməzdən əvvəl ətrafında dönən qaz kütlələri müzakirə mövzusudur.

Yüksək sürətdə gedən qaz kütlələri atomların bir-birinə sürtünməsiylə istilənərək güclü X-şüaları yayır. Astronomlar bu şüaların fotoşəkilini çəkərək simulyasiyalar meydana gətirmişlər. Bu dərəcə dar və sürətli bir orbitə sahib olmasını da Sagittarius A*-ın super kütləli bir qara dəlik olduğuna dair ən əhəmiyyətli dəlil kimi qəbul ediblər.

Hesablamalar Çilidəki 4 teleskopun birlikdə hərəkət etdiyi VLT ilə edilir. “Gravity” proqramı isə 10 metr diametrində güzgüsü olan teleskopların yığdığı işığı birləşdirərək 130 metr diametrində nəhəng bir virtual güzgü meydana gətirir. Şüaları tutan da “Gravity” proqramı olmuşdur.

“Event Horizon” adıyla dünyadakı bütün teleskopları proqram ilə birləşdirərək Sagittarius A* qara dəliyini müşahidə edən nəhəng bir virtual teleskop daha mövcuddur, ancaq ilk fotoşəkil çəkmə müvəffəqiyyətini “Gravity” göstərdi. Əldə edilən məlumatlar qara dəliklərin quruluşunu və kosmosu necə bükdüklərini anlamaq baxımından əhəmiyyət daşıyır.