Mart 29, 2019

Çində balalarını südlə bəsləyən hörümçək növü tapıldı

Laboratoriya şəraitində edilən təcrübədə ana hörümçəyin balalarını südəbənzər bir maddə ilə qidalandırdığı və 40 gün onlara nəzarət etdiyi müşahidə edildi.

Çinli alimlər balalarını südlə bəsləyən və onlara yetişkinlik dövrünə qədər nəzarət edən hörümcək növü tapıblar.

Şinhua agentliyinin xəbərinə görə, Çin Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Şişuanqbanna Botanika Bağında araşdırmaçılar Cənubi Asiyada qarışqaya bənzəyən, yuvalarda yaşayan və tullanan “Toxeus Magnus” adında hörümcək növü tapıblar.

Laborotoriya şəraitində 19 fərqli yuvada 187 hörümcək balası üzərində edilən araşdırmada, ana hörümçəklərin südəbənzər maddə ilə balalarını qidalandırdıqları və balalar yetkinliyə çatana qədər onlara nəzarət etdiyi təsbit edilib.

Balaların ilk 20 gün boyunca yerə tökülən südəbənzər maddəyi içdiyi və ana hörümçəyin qarın bölgəsində bir hissəni əmdiyi müşahidə edilib.

Hətta, 20-40 gün boyunca bala hörümçəklərin həm ovlandığı, həm də ana südü ilə bəslənməsi müşahidə edilərkən, yetişkinlik sonrası 40 gün ərzində dişilərin ana hörümçək yanında qala bildiyi, erkəklərin isə məcburi yuvadan uzaqlaşdırıldığı aşkarlanıb.

Araşdırmanı aparan Çın Çanci, təcrübənin başda onurğasızlar da daxil olmaqla valideynlik yönünü yenidən dəyərləmdirilməyə təşviq etdiyini söylədi.

Onurğasız heyvanlar bütün heyvanların 95%ni təşkil edir. Araşdırma ABŞ-ın “Science” jurnalında işıq üzü görüb.