Mart 25, 2019

Diş əti iltihabı Altsheymer xəstəliyinə səbəb olurmu?

Alimlər tez-tez görülən və diş əti xəstəliklərinə səbəb olan bir bakteriyanın yaşlanmaqla əlaqədər olduğuna dair tapıntılara rast gəldilər.

Alimlər bu tapıntı sayəsində Altsheymerə[1] səbəb olan demensiya xəstələri üçün yeni müalicə üsulları inkişaf etdirə bilərlər.

Bəs bu inşikaf ağız sağlamlığımız barədə narahatçılığa səbəb ola bilərmi?

Araşdırmaçılar Altsheymer diaqnozu qoyulmuş və ya bu xəstəlikdən əziyyət çəkən canlıların tüpürcək nümunələrini baxışdan keçiriblər.

“Sciences Advances” jurnalında yazılan məqalə xroniki diş əti iltihabına səbəb olan “Porphyromonas gingivalis”  bakteriyasının Altsheymer xəstələrində də görüldüyünü ortaya çıxardı.

Siçanlar üzərində aparılan araşdırmada bu bakteriyanın ağızdan beyinə çata bildiyi və ifraz etdiyi “gingipain” zülalının beyin hüceyrələrini məhv etdiyi görüldü.

Araşdırmaçılar diş əti iltihabına səbəb olan bu bakteriyanın Altsheymer xəstəliyinin inkişafnda vacib rol oynadığını göstərən tapıntıların, müalicə baxımından böyük rol oynadığını bildirir.

Araşdırmanı edən komanda hazırladıqları dərmanı Altsheymer xəstələri üzərində təcrübədən keçirməyə başlayacaqlar.

Digər alimlər nə deyir?

Bu araşdırma diş əti iltihabı və Altsheymerə arasındakı əlaqəyə dair məlumatları daha da gücləndirir.

Ancaq bu xəstəliyə səbəb olan bakteriyanın Altsheymerin inkişafına nə cür təsir etdiyi dəqiq olaraq bilinmir.

Siçanlarda yoxlanılan dərmanın geniş bir klinika nəzarətində Altsheymer xəstələrində də yoxlanılaraq əlaqəli zülal üzərindəki təsirlərinin görülməsinin vacibliyi vurğulanır.

Əvvəlki araşdırmalar

Demensiya və diş əti iltihabı arasındakı əlaqə əvvəlki araşdırmalarda ortaya qoyulmuşdu.

Keçən il Tayvanda edilən bir araşdırmada 10 il və daha çox diş əti xəstəliyindən əziyyət çəkən şəxslərin 70%-dən çoxunda Altsheymer olduğu ortaya çıxmışdı.

Başqa bir araşdırmada isə zəif və orta dərəcəli Altsheymer xəstələrində sonradan yaranana diş əti problemləri nəticəsində xəstəliyin artdığı görülmüşdür.

Diş əti xəstəliyinə səbəb olan bakteriyalar həzm sistemi hüceyrələrinə çataraq və ya çənə və kəllədəki sinirlər vasitəsilə yayıla bilir.

Amma iltihabi vəziyyət Altsheymer xəstələrinin ağız sağlamlığına diqqət etmədikləri zaman da yarana bilər. Bu isə Altsheymerə səbəbdən çox nəticə ola bilər.

Altsheymer Dərnəyi bu araşdırmanın cavabında diş əti xəstəliklərinin Altsheymerə əsas olmadığını ifadə etdi.

İngiltərədəki Altsheymer Araşdırmalar Vəqfi isə tək bir bakteriyanın Altsheymerə səbəb olacağına ehtimal vermədiklərini dilə gətirdi.

Ancaq mütəxəssilər ağız və diş sağlamlığının ümumi sağlamlığa nisbətən daha vacib olduğunu və xüsusilə yaşlı insanlar mövqeyindən ictimai problemi olmasının görülməsi vurğulanır.


[1] Altsheymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə qarşımıza çıxır.