Mart 29, 2019

MİT alimləri istiliyi səs dalğaları kimi hərəkət etdirməyin yolunu kəşf etdi

MİT (Massachusetts Institute of Technology) araşdırmaçıları qrafitdə[1] etdikləri təcrübədə istiliyi səs dalğaları kimi hərəkət etdirməyin üsulunu kəşf etdi.

Qaynayan çaydan istiliyi yavaş-yavaş ilıq mühitdəki havaya yaydığı halda, məkanda ən qaynar yer olaraq qalır. Bəs çaydandakı istilik səs sürətində hərəkət edən bir materiyaya çevrilib, çaydan anidən otaq temperaturunda olsa nə baş verər? MİT araşdırmaçıları sadə karandaşın əsas tərkibi olan qrafitdə reallaşan bu fenomen hadisəni müşahidə etdilər.

Bu fenomenal hadisəyə “Secound sound” deyilir. Heç eşitməmiş olsanız da, illərdir elm dünyasına tanış ifadədir. “Second Sound” hadisəsi istiliyin diffuziya[2] yerinə dalğalar formasında hərəkət etməsini təmin edən kvant fizikası mövzusudur. Bu mövzu haqqında dərsliklərdə belə bəlkə də 1-2 paraqraf tapmaq olar. Amma əslində çox vacib mövzudur.

Reallaşdırılan bu qrafit təcrübəsində bu vəziyətin dəyişə biləcəyi öyrənildi. Qrafit çox bilinən maddədir və edilən təcrübədə təsirini təqribən -240 Faranheyt dərəcədə göstərdiyi müşahidə edildi. Araşdırmaçı komandanın nəzəriyyələrinə görə gələcəkdə qrafen maddəsinin içində təsirinin otaq temperaturuna yaxın bir istilikdə çıxardıla biləcəyi və beləcə gələcəkdə də mikroelektronika cihazların daha yaxşı inkişaf etdirilməsində istifadə edilə bilər.


[1] Karbonun allotropik midifikasiası olub, bircinsli elementlər sinfinə aid mineradir.

[2] Maddə hissəciklərinin istilik hərəkəti nəticəsində əlaqəli, toxunan cisimlərin bir-birinə qarşılıqlı nüfuz etməsidir.