Aprel 1, 2019

Səssizlik beyni və yaradıcılığı necə inkişaf etdirir?

Səs-küy ilə əhatələnmiş bir formada həyatımızı davam etdiririk. Həqiqi səssizliklə qarşılaşsaq nələr olar?

Tıxacın səs-küyü, yüksək səslə danışanlar, mobil telefonların məlumat mesajları – hamısı birdən çox yorucu ola bilər. Yenə də səssizlik; təklik, çətinlik hətta hüznlə əlaqələndirilir.

“Səs-küy çağında yaşayırıq. Səssizliyin az qala soyu tükənib” deyir filosof Erlinq Keqqi.

Erlinq, səssizliyin gücünü araşdırdı, Şimal və Cənub qütbləri ilə Everest Dağının zirvəsinə çatan ilk adam oldu.

Yaxşı, bəs niyə səssizliyə ehtiyacımız var? Onu necə itirdik? Onu necə qazana bilərik?

Erlinq, “Antarktida indiyə qədər olduğum ən səssiz yerdir”,- deyir. “Parçası olduğum bu dünyaya daha çox diqqət göstərəcək hala gəldim.”

Antarktidaya gedişi əsnasında qarşılaşdığı səssizliyin həmin anda hiss etməsinə necə köməkçi olduğunu izah edir: “Sıxılmadım ya da narahat olmadım. Öz düşüncələrim və fikirlərimlə bir yerdə idim… Öz həyatımın içərisindəydim.”

Erlinq hamımızın daxili səssizliyimizi tapa biləcəyimizə inanır və duşda suyun altında və ya bir sobanın yanında dayanmağın, meşədəki bir göldə üzməyin, ya da boş bir ərazidə gəzməyin dinclik üçün möcüzəvi fürsətlər olduğunu düşünür.

Səssizlik bizə düşünmək üçün fürsət verir

Erlinq, “Səssizlik yeni düşüncə formalarını açmaq üçün bir açardır”,-deyir. Elm də filosofun bu nəzəriyyəsini dəstəkləyir.

Səsin xəbərdarlıq təsiri olmadan da beynimiz aktiv və dinamik olmağı davam etdirir.

Vaşinqton Universitetindən neyroloqların 2001-ci ildə etdiyi bir araşdırma, “istirahət etmə” vəziyyətində olan beynin işə, heç dayanmadan məlumatları qəbul etməyə və qiymətləndirməyə davam etdiyi aşkarlayıb.

Səssizlik və istirahət etmə, yaradıcı düşüncənin və ən yaxşı fikirlərimizin açarı ola bilər.

2013-cü ildə bioloq İmke Kirste, siçanların beyni üzərində səsin təsirini test edir.

Nəticələr təəccüblü idi. Səslərin qalıcı bir təsiri yox idi, amma gündə 2 saat səssizlik yaddaşda əhəmiyyətli rolu olan hippokampdakı hüceyrə inkişafını tətikləyirdi.

Bu yeni böyüyən beyin hüceyrələrinin sağlamlıq üçün faydası olmasa da, bu hüceyrələr funksional sinir hüceyrələrinə çevrilir.

Əgər səssizlik və sinir hüceyrələri arasındakı əlaqə insanlarda da qurula bilsə, səssizliyin ağlını itirmə ya da depressiyayla mübarizə aparan xəstələrə köməkçi olmaq üçün istifadə edilməsi mümkün ola bilər.

Erlinq, “Tətmin olmaq üçün təkrar və təkrar telefonlarımıza baxırıq”,-deyir.

“Ancaq tətminin əksinə, səs-küy yaradan bu cür xəbərdarlıqlar narahatlığa və mənfi hisslərə gətirib çıxarır. İctimai mediaya ilişib qalmış ola bilərik, amma bu xoşbəxt olduğumuz mənasını vermir.”

“Heart” jurnalında nümayiş olunan bir araşdırmaya görə, 2 dəqiqəlik səssizliyin rahatlaşdırıcı olaraq bilinən musiqidən belə çox sakitləşdirici təsiri var.