Mart 18, 2019

Tarakanların və milçəklərin sayı artarkən, nə üçün kəpənəklər və arılar azalır?


Böcəklərin sayları mövzusunda edilən elmi araşdırma dünya miqyasında böcək növləri sayının 40%-dən çox azaldığını göstərir.

Araşdırmalara görə arılar, kəpənəklər və sərtqanadlı böcəklər məməlilər, quşlar və sürünənlərə nisbətən səkkiz qat daha çox azalırlar.

Ancaq alimlər tarakan və milçək kimi növlərin sayısının artdığını vurğulayır.

Böcəklərin növlərindəki azalma əsasən bitki dərmanlanması və gübrələmə göstərilir.

Son illərdə edilən başqa araşdırmalar xüsusilə inkişaf etməkdə olan ölkələrdə arıların sayının get-gedə azaldığını göstərir.

Böcək növlərinin 40%-i azalacaq

Təhqiqatçılar dünyanın hardasa bütün yerlərində böcəklərin 40%-nin yox olacağını bildirir.

Araşdırma komandasının rəhbəri Sidney Universitetindən Dr. Fransisko Sançer Bayo BBC-ə verdiyi müsahibəsində bildirib ki, azalmada əsas səbəb gübrələmə və dərmanlama, şəhərləşmədən və meşəsizlikdən yaranan yaşayış arealının daralmasıdır.

Digər səbəblər isə kimyəvi çirklənmə, işğalçı növlər kimi bioloji faktorlar, tropik bölgələrdə böyük bir təsiri olduğu bilinən iqlim dəyişikliyidir.

Zərərli böcəklərin sayı artmaqdadır.

Araşdırmanı edən alimlər böcəklərin sayısının azalmasının qida zəncirinə təsirindən narahatlıqlarını bildiriblər.

Ən vacib böcəklərin sayı azalarkən, araşdırmaya baxıldıqca görülür ki, çox az növ dəyişikliyə uyğunlaşır və sabit qalır.

Sussex Universitetinin professoru Deyv Qulson deyir: “Sürətlə çoxalan zərərli növlər daha isti hava şəraitində inkişaf edəcəklər, çünki daha yavaş çoxalan düşmən növlər  yox olacaqlar.  Zərərli böcəklərin istilası nəticəsində ehtimal olunur ki, arı, kəpənək kimi lazımi olan növləri itirəcəyik.”

Nə edə bilərik?

Qulson ümumi vəziyyətin narahatedici olasına rəğmən bitki dərmanlarından istifadə etməmək və təbii qida almaq kimi üsullardan istifadə edə biləcəyimizi göstərir.