Avqust 29, 2018

Ziya Balıyev – Vüsal Mamedovun “Əxlaq doğuşdan gəlmir” iddiasına cavab

Ateistlərin məşhur siması Vüsal Mamedov qeyd edir ki, doğuşdan insanda heç bir əxlaq yoxdur. Durmadan ELM! ELM! deyə bağıran bu ateistlər, əslində elmdən xəbərsizdirlər. Ya da, özləri üçün faydalı olmayan şeyləri göz ardına vururlar. Bu gün, modern elmin bu qədər inkişaf etdiyi bir dönəmdə, doğuşdan heç bir əxlaq yoxdur demək özü rüsvayçılıqdır iddia sahibi üçün. Artıq çox uzun dönəmdir ki, bu məsələ müzakirəyə açıq deyil və faktdır. Bu faktdan sonra, əxlaqın doğuşdan gəldiyini görən ateistlər, Güzgü neyronları, Memetika kimi iddialarla bunu əsaslandırmağa çalışdılar. Vüsal Mamedov isə, hələ də 17-18-ci əsrlərdə qalıb və modern elmdən xəbərsizdir. Mental dəyərlər kimi nisbi əxlaqla, doğuşdan gələn mütləq əxlaqı ayıra bilməyən bu zat elə iddialı danışır ki, bu rəyi Dr.Blum özü oxusa testinə şübhə edərdi. Əvvəla baxaq ki, əxlaq nədir?
Əxlaq sözü ərəb dilində x-l-q kökündən gəlir1 və mənası uzun zaman ərəb dünyasında müzakirə mövzüsü olmuşdur. Çox alimin nəzərinə görə xulq sözü yaradılışı ifadə edir və əxlaqa verdiyimiz mənayla uzlaşmır. Başqa alimlərin nəzərinə görə isə, elə əxlaq sözü bir başa yaradılışla bağlıdır. Xulq kökünə əsasən əxlaq sözünün mənası “insanın yaradılışından gələn təbiətidir”2. Yəni, yaradılış yoluyla insana verilən və onun xarakterini formalaşdıran təməl, əxlaqın klassik lüğətlərdəki təsəvvür formasını yansıdmaqdadır. Əbu Həmid əl-Qəzzali bu haqda yazır:”Xulq, nəfistə köklənmiş bir əsasdır ki, bu əsasın səbəbiylə davranışlar düşünməyə ehtiyac olmadan rahatlıqla ortaya çıxır”3.
Etika sözü isə latıncadan “Bir insanın davranışlarını müəyyən edən mənəvi prinsiplər” mənasına gəlir.4
Mental dəyərlər isə, toplumun münasibət qaydalarıdır və zaman görə dəyişir.
İndi əsas məsələyə baxaq, Əxlaq bizimlə doğuşdan var olurmu? Əlbəttə, HƏ! Bu test böyük elm adamı Dr.Blumun həyata keçirdiyi testdir.
Uzun zaman insanların əxlaqlı doğulmadıqlarına və əxlaqın sonradan qavranılan məfhum olduğuna inanıldı. Lakin modern dönəmdəki bir çox test bunun tam əksini göstərdi və insanların doğuşdan əxlaqlı olduğunu isbat etdi. Bu testlərin ən əsası Dr.Blum testidir. Dr.Pol Blum, uşaqların əxlaq anlayışı üzərində çox geniş araşdırmalar aparmış və mütləq əxlaqın olduğunu, insanların bu əxlaqla birlikdə dünyaya gəldiklərini aşkara çıxarmışdır. Burada bir çox testlər həyata keçirilmişdir. Məsələn, uşaqların ağlama səsinə qarşı verdiyi reaksiyalar çox maraqlıdır. Balaca uşaqların öz ağlama səsi və başqa uşaqların ağlama səsi qeydə alınıb uşağa dinlədildiyində, uşaq, başqa uşağın ağlama səsinə öz səsindən daha çox ağlayır. Və ya kompyuterdə düzəldilmiş saxta ağlama səsinə reaksiyası çox zəif olur. Bu, uşaqlarda olan doğuşdan əxlaqın göstəricisidir.
Dr.Blumun başqa bir testi 5 aylıq Uisli üzərindədir. Uşağa oyuncaqlardan hazırlanmış səhnə göstərilir. Birinci səhnədə aslan oyuncaqlarla dolu sandığı açmağa çalışır, lakin gücü çatmır. Bu zaman mavi rəngli it balası ona kömək edir və sandıq açılır. Digər səhnədə aslan yenidən həmin şeyi edir, lakin bu dəfə sarı rəngli it balası gəlir və sandığın qapağına möhkəm zərbə vuraraq açılmasına imkan vermir. Burada hərkəsi maraqlandıran sual uşağın seçimi idi. Görəsən 5 aylıq körpə, yetişkin insanlar kimi pis və yaxşı hərəkəti ayıra biləcəkdimi? Cavab: Bəli! Uisli, eyni uzaqlıqdan iki it balası arasında seçim edir və mavi iti seçir. Bu da onu göstərir ki, 5 aylıq uşaqlar yaxşı və pis ayırımını edə bilirlər. Ardından yaş daha da azaldılır. 3 aylıq Deyziyə də eyni səhnə göstərilir və uşağın seçimi yenə mavi it balası olur.
Başqa bir testdə Dr.Blum müəyyən etməyə çalışır ki, uşaqlar hərəkətlərə cəza verə bilərlərmi? Yəni əxlaqi dəyərlərə görə, uşaqlar pisliyin cəzasını verirlərmi? Bu dəfəki səhnədə bir aslanla qırmızı və yaşıl rəngli iki dovşan var. Aslan topu qırmızı dovşana atanda, qırmızı dovşan da topu ona atır və oynayırlar. Aslan topu yaşıl dovşana atdıqda isə, yaşıl dovşan topu götürür və surətlə qaçıb gedir. İkinci səhnədə isə pislik edən sandığı açmağa çalışır və əvvəlki testdə olan mavi və sarı it balaları ora gəlirlər. Mavi it sandığı açmağa kömək etsə də, sarı it mane olur. Bu zaman əsas sual odur ki, kömək edilən varlığın pis olub olmaması uşaqların seçimini dəyişə bilərmi? Cavab yenə bizi təəccübləndirir: Bəli! Uşaqlar bu dəfə ilk testin əksinə, sandığı açmağa mane olan oyuncağı seçirlər. Yəni, pislik edən dovşanın cəzalandırılmasını yaxşı sayırlar.
Dr.Blumun bütün tüstlərindən sonra biz əminliklə deyə bilərik ki, uşaqlar əxlaqlı doğulurlar və yaxşını pisdən ayıra bilirlər.5

Mənbələr:
1. Necla Yasdıman Demirdöven, X-L-Q kökü və verilən Quran ayəsi örnəklərinin müqayisəsi, (EKEV Akademik dergisi, 2015), s.”243-286
2. Əbül-Feyd əl-Murtəda, Təcül-Ərus min Cəvahiril-Kəmüs, (Beyrut, 1996), c.I, s. 231
3. Əbu Həmid əl-Qəzzali, İhyaü Ulumid-din, (Beyrut), c.III, s. 53
4. Oxford Dictionary
5. Dr.Paul Bloom, Bebeklerin ahlaki yaşamı, (Verita yayın evi, 2015)