Mart 26, 2019

Alimlər çayı qaynar içməyin xərçəng riskini artdırdığını söylədi

ABŞ-lı araşdırmaçıların kəşfinə görə, çayı 60 dərəcədən yüksək temperaturda içmək qida borusu xərçənginin artmasını asanlaşdırır.

Səhər süfrələrimizin əvəzedilməz içkisi olan çayı çox qaynar içməyin sağlamlığımıza xeyli zərər vurduğu bəlli oldu.

Amerikalı alimlərin etdikləri araşdırmaya görə, çayı 60 dərəcədən çox qaynar temperaturda içmək xərçəng riskini 90%  artırır.

Edilən araşdırmada elm adamları yaşları 40 ilə 75 arasında dəyişən 50 min insanı 5 il müşahidə ediblər. Bu müddət ərzində 317 iştirakçıda qida borusu xərçəngi təsbit edilib. Araşdırmanın nəticəsində, temperaturu ən az 60 dərəcə və gündə 700 mm-dən (təqribən 3 böyük fincan)artıq çay içməyin xərçəng riskini 90% artdırdığı məlum olub.

Amerika Xərçəng Dərnəyi üzvü Fərhad İslami deyir: “Bir çox insan çay, kofe və bunun kimi qayçar içkiləri sevir. Ancaq araşdırmamıza görə, çayı çox qaynar içmək qida borusu xərçəngini artıra bilir. Bu səbəbdən qaynar içilən içkilərin içilməzdən əvvəl soyudulması məsləhət görülür.”