Mart 26, 2019

Alimlər dəniz suyundan hidrogen yanacağı yaratdı

“Stanford” universitetindən bir qrup elm adamı duzlu sudan hidrogen yanacağı əldə etməyin üsulunu tapıb. Bu kəşflə bərabər dənizlər yenilənə bilən enerji qaynağı olacaqlar.

İstifadəyə yararlı enerji qaynağı axtarışımız davam edərkən, alimlər də fərqli birləşmələrdən enerji yaratmağın üsulunu axtarır. Bu mərhələdə ortaya atılan iddialardan biri də hidrogeni yanacaq kimi istifadə etməkdir. Hidrogen yanacağı yaratmaq üçün müxtəlif mənbələr vardır.

Alimlər dənizləri enerji qaynağına çevirəcək yeni araşdırma ediblər. “Standord” universitetindən araşdırmaçılar elektroliz[1] vasitəsilə hidrogen yanacağı əldə etmənin üsulunu kəşf ediblər. Yeni texnologiyanı bənzərsiz edən, ona oxşar texnoloji alətlərdən fərqli olaraq, qarşısına çıxan əngəllərə qarşı daha yaxşı olmasıdır.

Dəniz suyu cihazlarda kirəclənməyə və xarab olmağa səbəb olur. “Stanford” komandası bu problemi həll etmək üçün metalın aşınmasını əngəlləyən nikel örtük yaradıblar. Bu örtük quruluş keçirici vəzifəsini icra edərək enerjini suya ötürərkən, metalın da uzun müddət tab gətirməsini təmin edir. Örtük olmayan cihazlarda dəniz suyunun kirəclənməyə səbəb olaraq, cihazları işləksiz vəziyyətə salmasına cəmi 12 saat vaxt sərf olunur. Bu sistemdə isə, cihazın işləmə müddəti min saatdan daha çox çəkir.

Dənizləri yenilənə bilən enerji qaynağı halına gətirə bilməyimiz hələ yaxın zamanda mümkün deyil. “Stanford” komandasının təcrübəsi hələ heç bir başqa yerdə təkrarlanmasa da, araşdırmaçılar hidrogen yanacaqlarına gedən yolun açıldığını söyləyirlər.


[1] elektrik cərəyanından keçdikdən sonra elektrodlarda ikinci reaksiyalardan yaranan həll olunmuş maddələrin ayrılmasını təmin edən fiziki-kimyəvi proses.