Mart 16, 2019

Alimlər yumurta qabığında enerji depolamağı bacardılar.

Bioloji “zibil” sayılan yumurta qabıqlarının enerji depolamağında istifadə edilə bilinməsi sübuta yetirildi. Bu qəribə kəşf Karlsruhe  Texnoloji İnstitu da daxil olmaqla bir qrup araşdırmaçı tərəfindən edilib.

Toyuq yumurtası qida, dərman və emalat sənayəsində dünya miqyasında istifadə edilməkdədir. Amma yeyildikdən sonra qabıqları bioloji “zibil” olaraq atılır. Araşdırmalar göstərir ki, yumurta qabığı  kalsium-karbonat birləşmələrindən və protein cəhətdən zəngin olan yumurta zərindən ibarətdir.

Karlsruhe Texoloji İnstitutu tərəfindən qurulan Helmholtz İnstitunun professoru Maksimilyan Fiştner “Heyranedici bir formada təbii maddələrin elektrokimyəvi depolama sistemlərinə məhsul yetişdirməklə məhsuldar olduğunu göstərən çoxlu sayda nümunələr var”  ifadəsini işlətdi.