Aprel 4, 2019

Aliya İzzətbeqoviç – Qadın dəyərləri

Müsəlman cəmiyyətin hər yerində qadının vəziyyəti yeni nəsilin təbii tərbiyəçisi və analığına uyğun olaraq dəyişmək məcburiyyətindədir. Oxumamış, laqeyd və bədbəxt bir ana, müsəlman xalqların yenidən doğuşunu başladacak və müvəffəqiyyətli bir şəkildə davam etdirəcək oğul və qızları böyüdə bilməz. Analığa ictimai fəaliyyətin rütbəsi verilməsi üçün İslamın ilk addımını atması lazımdır. Çox arvadlılığa son veriləcək. Qadına haqsızlıq etmək üçün heç kim İslama əsaslanma haqqına sahib deyil və bu cür sui-istifadələrə son vermək məcburiyyətindədir. Bu tezislər, heç bir şəkildə, cəmiyyətə qadın seqmentinin əxlaqsız üzvlərinin müdafiə etdiyi ölçülərin, həvəsləri ilə hakimiyyət qurmaq istəyən qərb mənşəli feminizm düşüncəsinin nəticəsi deyil. Bu Avropa mənasında bir bərabərlik də deyil. Bu, qadın və kişinin bərabər dəyərdə olduqlarını vurğulamaq surətiylə, aralarında mövcud olan və qorunması lazım olan fərqliliklərə də diqqət çəkməkdir. Bərabər dəyərlilik prinsipi, birbaşa Qurani Kərimdə dəfələrlə və açıq-aşkar bir şəkildə ifadə edildiyi kimi (xüsusilə Əhzab 55) kişi və qadın üçün eyni dini və əxlaqi qaydalarının mükəlləfiyyətinin nəticəsidir.
Mədəniyyət qadından istifadə edilən və ya səcdə edilən bir obyekt yaratdı, ancaq bu əsnada, tək hörmətli xüsusiyyəti olan şəxsiyyətini aldı. Analığa laqeydlik edərək o, qadını təməl və yeri doldurula bilinməz rolundan məhrum buraxdı.

Ailənin ciddi böhrandan keçdiyi və dəyəri sual işarəsi altında buraxıldığı bu dönəmdə, İslam yenidən insanın bu tərz həyatına olan dəstəyi və bağlılığını təsdiq etməkdədir. Ailə yuvasının təhlükəsizliyini təmin edərək və onu korlayan iç və xarici faktorları ortadan qaldıraraq (spirt, fahişəlik və məsuliyyətsizlik), İslam praktikada normal və sağlam qadının ən böyük və gerçək mənfəətini mühafizə etməkdədir. Mücərrəd bərabərliyin yerinə o, qadına onun üçün bütün qiymətləri ilə birgə, sevgi, nikah və uşaq təmin etməkdədir.

İslamın ilk əsrlərində hazırlanan ailə və nikah hüququ bu günün gətirdiyi ehtiyaclara və insanlığın çatdığı ictimai şüura uyğun olaraq yenidən sorğulanmalı və çox arvadlılığın daha çox məhdudlaşdırılmasına, hətta gündəlik həyatdan tamamilə ortadan qaldırmağa istiqamətli tədbirlər alınmalıdır. Eyni zamanda boşanmanın məhdudlaşdırılmasıyla, bu vəziyyətlərdəki qadın və uşaqların maddi müdafiəsi təmin edilməlidir.

PS. Aliya İzzətbeqoviçin çox arvadlılıqla bağlı verdiyi şərh bunun İslamda olmaması və ya çıxarılması qəsdiylə deyilməyib, bunu deməkdə məqsədi hazırki vəziyyətdə bu qaydaya əsaslanın qadın əzilməsinin qarşısını almaqdır. Bu qaydadan istifadə edərək qadınları əzən insanlar olduğu üçün, İzzətbeqoviç topluma əsasən bu qaydanın ləğv edilə bilinəcəyinin tərəfdarıdır.