Avqust 28, 2020

ALLAH NİYƏ İNSAN ZÜLMÜNƏ SON VERMİR?

Müəllif: Alper Bilgili
Tərcümə: Cəlal Bəşirov

Xalq arasında məşhur olan inancın əksinə olaraq, Çarlz Darvin öz nəzəriyyəsinin Tanrının varlığını rədd etdiyinə inanmamışdır. O, özünün “Növlərin Mənşəyi”adlı əsərində təbii seçmə haqqında, Yaradıcının müxtəlif növləri yaratma mexanizması kimi bəhs edir. O, hətta Əhdi-Ətiqdə Tanrının Adəmin burnuna həyat nəfəsini üfləməsini bənzətmə mənasında işlədildiyindən bəhs etmişdir. Amma həyatının sonlarına doğru Xristianlıq inancını itirmişdir. Maraqlısı budur ki, Darvinin inancını itirməsində emosional səbəblər, rasional və elmi səbəblərdən daha çoxdur. Əslində isə, qızı Annanın ölümü onun Xristian Tanrı inancını zədələməkdə təsirli olmuşdur.

Bilərəkdən yaxud bilməyərəkdən, Darvinin ağlında olan şey uzun zaman öncə Epikür tərəfindən yaradılmış bir paradoks idi. Yunan filosof sual edirdi: Əgər Tanrı mükəmməl yaxşı varlıqdırsa və hər şeyi etməyə qadirdirsə, nə üçün biz məşəqqət çəkirik? O, iki alternativ cavab təklif etdi: Ya Tanrı mükəmməl yaxşı varlıq deyil və bəşər övladının əziyyətini sonlandırmaq istəmir, yaxud da ki, Tanrı dünyadakı bütün zülmlərin qarşısın ala biləcək gücdə deyil. Başqa sözlə desək, məhəbbət bəsləyən və qüdrətə sahib Tanrı ilə dünyadakı zülmlər ziddiyət törədir.

Bəs həqiqətən bu belədir mi? Filosoflar Epikürün paradoksuna hansı həll yolları gətirmişdirlər? Biz müsəlmanlar üçün daha da önəmlisi, Qurandan bu problemi həll etməyə kömək edəcək bir fikir tapmışıq mı? Bu yazıda bu suallar üzərinə düşünüləcəkdir.

Problemə gətirilən həll yollarından biri Tanrının mükəmməl yaxşı və hər şeyə qadir varlıq olduğu iddiasını rədd etmək olacaqdır. Teist Tanrının mükəmməl yaxşı olduğunu, buna görə də, insan izdirabını əngəlləmədiyini mülahizə edəcəkdir. Yaxud Tanrının mükəmməl yaxşı olduğunu, lakin bunu əngəlləyə biləcək gücdə olmadığını iddia edəcəkdir. Amma belə bir Tanrı təsviri İbrahimi dinlərə uyğun gəlmir. Tanrı Yəhudilik, Xristianlıq və İslamda mükəmməl yaxşıdır və sonsuz qüdrətə sahibdir. Buna görə də, şər problemini həll edəcək hər iki seçim, İslam üçün seçim olmayacaqdır.

Bəs müsəlman bu paradoksa necə cavab verməlidir? Tarix boyu müxtəlif məktəblərdən – Qəzzali, İbn Sina, Nəzzam və Razi – kimi filosoflar bu problemi ələ almışdır. Bəziləri Allahdan mələklərin insan yaradılışı haqqında soruşmasından bəhs etmişdir:

(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, – dedikdə (mələklər): “Biz Sənə şükr etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara:) “Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu. (2:30)

Quranın əvvəllərində mələklər Allahdan, insanların şər işlərə və başqa canlıların əziyyət çəkməsinə səbəb olacağı barəsində sual edirlər. Allah isə yaratdıqlarının məhdud elmi ilə dərk etməyəcəyi səbəbləri olduğunu bildirir. Əslində bu filosof və ilahiyyatçıların gətirdiyi klassik cavablardan biridir. Tanrının mükəmməl yaxşı və qüdrətli varlıq olması bu xüsusiyyətləri onun yer üzündəki bütün zülmləri dayandırmasına ehtiyac yaratmaz. Tanrının əxlaqi olaraq zülmlərə icazə verməsini doğru qılacaq planı olmuş ola bilər. Zülmün varlığının Tanrının yer üzündə zülm və əziyyəti önləməsini əngəlləyəcək müəyyən funksiyaları olmuş ola bilər. Misal üçün, zülm insan xoşbəxtliyini təmin etmək üçün zülmsüz dünyadan daha zəruri ola bilər.

Yenə də, skeptik teizmin iddia etdiyi və yuxarıda Quran tərcüməsinin təsdiqlədiyi kimi, biz heç vaxt onların funksiyalarının nə olduğunu dərk edə biləcək səviyyədə olmaya bilərik. Quranın üzləşdiyimiz hadisələrin tam və doğru dəyərləndirməsini anlaya bilməsini əngəlləyən, insan elminin limitlərinə diqqət çəkən, başqa ayələri də vardır:

…Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz. (2:216)

İslam təlimlərinə görə insanlar həqiqətin sadəcə kiçik bir hissəsini qavraya bilərlər və bütün reallığı qavramışcasına mühakimə etməyə yönümlü olurlar. Musa peyğəmbər haqqında olan qissə (18:65-82) insanların həm necə səbrsiz, həm də yalnış qərar verməsini təsvir edir. Bu qissədə Musa bir nəfərlə görüşür – ənənədə Xızır olaraq bilinir – hansı ki, Allah tərəfindən xüsusi elmə sahib idi. Bu elmlə, şər kimi görünən əslində günahsız insanları qurtaracaq və rifahını uzun müddətlik artıracaq əməllər edir. Yenidən birdə, bu məsəllə müsəlmanlara bu xatırladılır: “sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir”. (17:85)

Quran sadəcə insanın şər problemi ilə məhdud zehninin əlaqəsinə diqqət çəkmir, bu əksər filosofların da etdiyi kimi, insanın müstəqil iradəsi ilə də əlaqəlidir. Baxmayaraq ki, Allah insanı əxlaqlı, ədalətli və əməlisaleh olmağa yönləndirir və motivasiya edir, O, həmçinin, insanları əxlaqa zidd və fitnə törədəcək işləri seçməkdə də müstəqil qılır. Yer üzərində yarı şər probleminin varlıq səbəbi, müstəqil iradənin varlığıdır. Allah insanların başqa seçimi olmadığı üçün əməlisaleh olmasını istəmir. O insanların bunu seçdiyi üçün əməlisaleh olmasını istəyir. Müstəqil iradə var olmadan, insanlar robota bənzər canlılar olardı. Şər və məşəqqət bizim ödədiyimiz müstəqil iradənin daha böyük nemətinin qarşılığıdır.

Bu, Qurandakı başqa bir məsələ ilə də yaxından əlaqəlidir. Müstəqil iradənin varlığı İslamda insanın dünyada imtahan edildiyi üçün, böyük önəmə sahib, əvəzedilməz bir şeydir. Deməli, əxlaqi əməllərdən başqa seçimi olmayan robota bənzər canlıların yaradılması hikmətli olmazdı.

Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır. (67:2)

(Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? (2:214)

Bu ayələr həmçinin zülmün əsas səbəbinin insanların şər əməllərindən ziyadə, xəstəlik və təbii fəlakətlərdən olduğunu da qeyd edir. Baxmayaraq ki, Allah insanları mükafatlandırmaq istəyir, O həmçinin insanların bunu əxlaqlı, əməlisaleh, qədirbilən və səbrli olaraq qazanmasını da istəyir. Çətinliklərin yoxluğunda əməlisaleh qalmaq həqiqi zəhmət tələb edən bir şey deyil və deməli bu, insanların arasında açar kimi fərqləndirici faktor rolunu oynamır.

Zəhmət və əziyyət sadəcə Allahın insanları imtahan etməsi üçün işlətdiyi vasitə deyil. Onlar həmçinin bizim inkişafımızı təmin edən faktorlardır. “Ruh yaratma teodisiyası” kimi tanınan bu baxış son vaxtlar britaniyalı filosof Con Hik tərəfindən inkişaf etdirilib və dəstəklənmişdir. Bu teodisiyaya görə dünya cənnət deyil. Biz burada şəxsiyyətimizi – mənliyimizi – ən yaxşı formada inkişaf etdirməkdən, Tanrının sevgisini və onun behiştini qazanmaqdan ötəri varıq. Quranda şərrin funksiyası barədə bənzər bir situasiya yaradılır.

Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər. Onları Rəbbi tərəfinfən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır! (2:155-157)

Deməli, Quran aspektindən çətinlik və zülmlər insanla Allahın münasibətini bərpa edir. Yaşadığımız pis hadisələr isə bizə qüsurlu təbiətimizi və zəifliyimizi xatırladır. Əgər insanlar öz zəifliyini xatırlamasaydı, həyatlarında asanlıqla Allaha ehtiyac hiss etməzdilər.

Xeyr, insan azğınlıq edər, özünün yetərli gördüyü üçün! (96:6-7)

İnsanın çətinliklə üzləşərkən Tanrıdan sığınacaq axtarması sadəcə Quranda keçən bir ifadə deyildir. Siqmund Freyd İlluziyanın Özəlliyi” adlı kitabında insanların kövrəklik və zəifliklərindən dolayı Tanrı anlayışına inandıqlarını iddia edirdi. Həmçinin O Tanrıya inanmırdı, Freyd anlayırdı ki, insanlar çətinliklərdən dolayı transendent bir güc axtarır.

Allah ilə yaratdıqları arasındakı doğru əlaqəni inkişaf etdirməkdə ağrının rolu çox önəmlidir, hətta peyğəmbərlərə belə ən çətin dövrlərində Rəblərinə ehtiyacı xatırlandırılırdı:

Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır! (2:214)

Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!” (21:83)

Ağrı və acı nəinki sadəcə Tanrı ilə əlaqəmizi bərpa edir, həmçinin başqa ağır şərtlər altında yaşayan insanları anlamağımıza da, kömək edir. Ağrılı təcrübələr edərək, çətinlik çəkən insanlara daha yaxın olmağa başlayırıq, hansı ki, öncədən belə deyildik. 1999-cu ildə Türkiyədə baş verən zəlzələ buna böyük nümunədir. Tarixən türklər və yunanlar arasındakı vəziyyət gərginləşmiş və doxsanıncı illərin ortalarında müharibənin astanasına gəlmişdirlər. Zəlzələlər türklər və yunanlar arasındakı QHT-ləri hətta dövlətlərin düşmənliklərini bir kənara qoyub, ortaq xilasetmə əməliyyatları həyata keçirməyə məcbur etmişdir. Nəticədə, zəlzələlər hər iki ölkədə “digər” anlayışını müsbət yöndə dəyişmişdir.

Bu həmçinin şəxsi müstəvidə də, işə yarayır. Misirli həkim Adel Mahmud və Prinston fakültəsinin üzvü insanların həyatını qurtarmaq üçün bir sıra peyvəndlərin təkmilləşdirilməsində mühüm rolları olmuşdur. Mahmud uşaq yaşlarında ikən atasının yoluxucu xəstəlikdən həyatını itirməsi, onun tibbdə özünə kariyera qurmasına və yoluxucu xəstəliklər üzrə təkmilləşməsinə səbəblərdən biri olmuşdur.

Zülmün varlığı bizə istehzalı şəkildə olsa da, ölüm sonrası barədə də, fikir formalaşdırmaq da, yardımçı olmuşdur. Əgər dünyada zülm və əziyyət olmasaydı, yaxud ən böyük şahid olduğumuz əziyyət ağcaqanad dişləməsi olsaydı, onda biz cəhənnəmin necə bir yer olacağını anlaya bilməzdik. Quranda bu fikri dəstəklədiyi görülən ayələr vardır. Qurana görə insanlar əbədi həyatı təcrübə edərkən, bunu bu dünyadakı təcrübələrinə bənzədirlər.

(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: “Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir”, – deyəcəklər. (2:25)

Nəticədə Hikin ifadə etdiyi kimi, dünya bir çox səbəbdən dolayı zəhmət və əziyyətsiz absurd olardı və dünyada əziyyət olmadan təbiət qanunları doğru işləməzdi. Məsələn, qravitasiya qüvvəsi kimsə uçurumdan intihar etmək üçün atılmağa qərar verərkən işləməyəcəkdir. Elmi qanunların dəyişməyə davam etdiyi dünyada, elmlə məşğul olmaq qeyri-mümkün olardı.

Bunlar Allahın niyə insan zülmünə son verməməsinə səbəb ola bilər. Əlbəttə daha önəmli və başqa səbəblərdə ola bilər. Amma bizim burda müzakirə etdiklərimiz, Tanrının daha böyük yaxşılıqları şər əməllərə icazə verərək hədəfləyə biləcəyini göstərməyə kifayət edər.

Bəzi Marksistlər İslamı və İbrahimi dinləri dünyada yalnış düşüncə tərzi yaratmaqda və dünyanı istismar etməyə xidmət etməkdə günahlandırırlar. Amma İslami təlimlər insanları, insanlara zülm verən güc sahiblərinə və zalımlara tolerantlıq nümayiş etdirməyə səsləmir. İnananların zalım iqtidar sahiblərinə boyun əymələri gözlənilməz, tam əksinə, Tanrı məzlumun zalımın yerini almasını istəyir:

Həqiqətən, Firon yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onların arasında olan bir tayfanı (İsrail oğullarını) gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad törədənlərdən idi! Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fironun mülkünə) varislər edək. (28:4-5)

Bundan əlavə, Müsəlmanlara sosial problemlərin həllində sadəcə soruşmaq və ilahi kömək diləmək yerinə situasiyanın dəyişdirilməli olduğu da xatırladılmışdır.

…Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz… (13:11)

İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar. (30:41)

Və Quran bu dünyəvi zilləti tərifləmir. Tam əksinə olaraq, Müsəlmanlar hər iki həyat üçün xoşbəxtlik axtardıqları göstərilir:

Bəziləri isə: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” deyirlər. (2:201)

Nəticədə, Quran insanlardan vəziyyətdən asılı olmayaraq, Allaha minnətdar və tabe olmağı istəsə də, bu bəzi qərb dinləri kimi zilləti vəsf etmir.

Bu zülmün varlığına səbəb ola biləcək mümkün səbəblər, problemin intellektual tərəfi ilə məşğul olur. Bunlar Allahın dünyada zülmə icazə verməsinə baxmayaraq, yenə də mükəmməl yaxşı və qüdrətli Tanrı olduğu anlayışı ilə zidiyyətli olmadığını göstərməyə hədəflənmişdir. Deməli Epikürün paradoksu, bəzi ateistlərin mülahizə etdiyi kimi teistik inancı məhv edəcək problem yaratmır.

Bununla birlikdə zülmün güclü emosional tərəfi də vardır. Hətta teistlərin zülmün və Tanrının uyğun olduğunu göstərməsi, şər problemindən qurtulmağa kömək etmir. Hətta fəlsəfi açıqlamalar əksər insanların əzabını nadir hallarda yüngülləşdirir. Mən bu strukturun ateist perspektivindən daha qaranlıq olduğunu düşünürəm. Ateistlər əbədi həyata inanmayandan bəri, şər işlər görən əksər insanlar cəzasız qalacaqdır. Əgər ateizm doğrudursa, Hitler və Pol Pot kimi insanlar -hansı ki, soyqırıma görə cavabdehlik daşıyır-, öz əməllərinə görə cəzalandırılmayacaqdır. Yaxud əngəlli insan düşünün. Onların bu dünyadan sahib olduqları tək şey böyük bir uğursuzluqdur. Heç şübhəsiz əziyyət yaxud zülmə dözmək, belə bir metafizik dünyagörüşü çərçivəsindən daha ağır olar. Amma İslama görə bu çətinliklərə dözmək (bunları asanlaşdırmağa çalışarkən) bütün fiziki, zehni və əxlaqi tutumu bərpa etməklə sonsuz zəfərə hazırlayar.

QEYD:
Bu məqalə ilk dəfə ingilis dilində patheos.com da yayınlanıb.
Bu məqalə ilk dəfə Azərbaycan dilində onlara.de saytında yayınlanıb