Yanvar 19, 2019

Alvin Plantinqa – Azad İradə Arqumenti

Əgər Tanrı varsa, o çox yaxşı və güclüdür. Bəs tanrı çox yaxşıdırsa, nə üçün pisliyin qarşısını almaq istəmir? Və əgər o çox güclüdürsə, nə üçün istədiyi şeyi etmir?

Belə düşüncələrin nəticəsində bir çox insan, bunun mümküz olduğu qənaətinə gəlib; Həm tanrı var, həm də pislik.

Lakin, Alvin Plantinqa bu ikisinin bir yerdə ola biləcəyini müdafiə edir.

Qüdrətli olmaq hər şeyə qadir olmaq mənasına gəlməz. Məsələn, tanrı bucaqları olmayan bir kvadrat və yaxud, qaldıra bilməyəcəyi bir daşı yarada bilərmi? Qüdrətli olmasıyla tanrı mümkün olanları edər, mümkün olmayanları deyil. Plantinqaya görə, tanrının pisliyi yox etmək üçün bizim azadlığımızı məhdudlaşdırması mümkün deyil. Bəs niyə? Bunun cavabı, azdlığın tələbinin nə olmasından aslıdır.

Ceyn velosiped sürür, lakin onun yerinə başqa bir şey edə bilər. Əgər Ceyn, velosiped sürməyə hansısa güc tərəfindən məcbur edilərsə, o halda o azad deyil. Bu halda, əgər tanrı azad iradəli varlıqlarla bir dünya yaradıbsa, onların azad iradələrini hər zaman doğru istifadə etmələrini  təmin edə bilməz.  Belə bir hərəkət azadlığın həqiqi mahiyyətini və onun yaratdığı dəyərləri ortadan qaldırar. Plantinqanın nəzərinə görə, tanrı, azad iradəyə sahib varlıqların varlığından cavabdehdir. Bəs bu azadlığın nəticəsi nədir? Nəticəsi tanrıdan yox,onların özündən aslıdır. Hər halda, tanrı həm pisliyi yox edib həm də azad iradəni saxlaya bilməz. Bəs tanrı ikisinin də var olmadığı bir dünya yarada bilməzdimi? Bunun cavabı, azad iradənin çox yaxşı olmasındadır, möhtəşəm bir yaradılışdır. Bu yaradılış o qədər dəyərlidir ki, pisliklə birlikdə olsa belə, Azad iradəli varlıqların olmadığı istənilən dünyadan yaxşıdır. Azadlığın yanlış istifadəsindən ortaya çıxan pisliyə səbəb tanrı deyildir və bəlkə də filosofların teodise (şərr) adlandırdıqları şey mövcud deyil. Biz tanrının həqiqi səbəblərini bilməyə bilərik. Bununla bərabər, tanrının və pisliyin bir arada necə var olacağına dair açıqlama və bu imkansızlıq iddiasına qarşı yetəri qədər dəlillər var. Plantinqanın azad iradə arqumenti buna rəğmən yenə də, tanrının nə üçün hər zaman doğru olanı edən azad iradəli varlıqlar yaratmadığı bizi maraqlandıra bilər.