Aprel 5, 2019

Antarktidada qlobal istiləşmə səbəbindən bitkilər yenidən yaşıllaşa bilər

Qlobal istiləşmə nəticəsində Antarktikada bitkilər yenidən yaşıllaşmağa başlaya bilər.

Antarktikadakı buz təbəqələrinin əriməsi bilinən bir həqiqətdir. Buzlaqlar əridikcə torpaq yenidən ortaya çıxır. Elm adamları, bölgədəki torpaqların yenidən bitkilərlə örtülə biləcəyini düşünür.

Bu anda atmosferdəki karbondioksid səviyyəsi olduqca yüksəkdir. Mütəxəssislər bu andakı vəziyyəti 3 milyon il əvvəlki “Pliocene” çağıyla bərabər tutur. O dövrdə də milyonda 400 parçacıq səviyyəsinə çatan karbondioksid səviyyəsi, gələcəkdə bizi nələrin gözlədiyi və insanların özünü necə qoruya biləcəyini də göstərir.

“Royal Meteorologiya Cəmiyyəti”“Grantham İqlim Dəyişikliyi İnstitutu”, çərşənbə günü həyata keçirdikləri iclasda mövzunu masaya müzakirə ediblər.

Graham İnstitutunun idarəçilərindən Martin Ziqertə görə, atmosferdəki karbondioksid yığılmasının təsirlərini tam olaraq anlamamız və təsirlərinin həqiqətən vurucu şəkildə ortaya çıxması üçün bir az daha müddət keçməsi lazımdır.

O dövrdə dəniz səviyyəsi, bu günə müqayisədə 15 metr daha yüksək idi və dünya da bu andakından 2 və ya 3,5 dərəcə daha isti idi.

Professor Deyme Ceyn Fransis isə Antarktikada bitki qalıqları tapdıqlarını və bu qalıqların ehtimalla “Pliocene” çağından qaldığını söyləyir. Qütblərdəki buzlaqların hər vaxt olmasa da müəyyən dövrlərdə azaldığını söyləyən araşdırmaçı, bu dövrlərdə bitkilərin ağ qitədə ortaya çıxdıqlarını söyləyir.

Ziqert isə Sənaye İnqilabı əvvəli karbondioksid nisbətinin 280 ppm olduğunu ifadə edərək, o zamandan bəri istiliyin ortalama 1 dərəcə artdığını söyləyir. Karbon 4 oksidin bu sürətlə yayılması vəziyyətində isə bu ədəd əsrin sonuna qədər 1000 ppm olacaq. Bu ankı səviyyədə qalsa belə planetimiz bir dərəcə daha istilənəcək. Bu səviyyə ən son görüldüyündə dünyada dinozavrlar gəzirdi və Antarktida yaşıl, həyatla dolu bir yer idi.

Mütəxəssislər qlobal diametrdə tədbirlər alınması üçün səlahiyyətliləri iş görməyə çağırır. Onlara görə, tarix bizi bu problemə qarşı göstərdiyimiz səylə xatırlayacaq və bu anda çox da səy göstərmirik.