Aprel 9, 2019

Araşdırmaçılar genlərinə təsir edərək albinos kərtənkərələr yaratdılar

Edilən bir araşdırmada CRISP-CAS9 adlı gen dəyişdirmə üsulundan istifadə edilərək kərtənkələlərin genləri dəyişdirilib albinos edildilər.

“University of Georgia”dan elm adamları, dünyanın ilk genləri dəyişdirilmiş sürünənlərini tanıtdı. Araşdırma qrupu, CRISPR-CAS9 adlı gen dəyişdirmə vasitəsindən istifadə edərək dörd ədəd albinos kərtənkələ meydana gətirdilər. CRISPR (Nizamlı aralıqlarda bölünmüş polindromik təkrar çoxluqları) vasitəsiylə yeni döllənmiş yumurtalara və ya tək hüceyrəli bir embriona dəyişdirilmiş genlər inyeksiya edildi.

Reallaşdırılan bu inyeksiyanın ardından yaranan hüceyrələrin genlərində bir mutasiya meydana gəlməsi təmin edildi. Qrup bunun heç də asan olmadığını ifadə etdi.

Məsələn, spermalar dişinin yumurta kanalını keçə bilmədiyi və ya uzun periodlar üzündən döllənmənin reallaşmadığı vəziyyətlər mövcuddur.

Sürünən yumurtasının fiziologiyası gərəyi (həssas qabıqlı olması və içəridə heç hava olmamasından dolayı) embrion üzərində dəyişiklik etmək də bir xeyli çətindir. Qrupun üzərində çalışdığı sürünən isə bir Anolis Sagrei, bilinən adı ilə qəhvəyi anol kərtənkələləri idi. Qrup tirozinaz genlərini hədəfləyən CRISPR zülallarını kərtənkələlərin yumurtalıqlarındakı hələ yetkinləşməmiş yumurtalara mikro inyejsiya üsulu ilə inyeksiya etdi. Sonrasında 21 kərtənkələdən alınan 146 oosit hüceyrələrini inyejsiya edərək təbii bir şəkildə döllənmənin tamamlanmasını gözlədilər.

Qrup xüsusilə bu cür kərtənkələləri seçdi. Bunun səbəbi isə Karib adaları ətrafında bu növdən çox tapılmasıdır. İşin davamında, geni dəyişdirilmiş tirozinaz genlərinin yeni nəsil kərtənkələlərə  köçürüldüyü qeyd edildi. Bu da CRISPR geninin dişi kərtənkələlərin oosit hüceyrələrində aktiv qaldığını, yəni CRISPR geninin erkəkdən gələn genin dölləmə əvvəlində mutasiya keçirməsini təmin etdiyini göstərdi.