Oktyabr 27, 2018

Avropa İnsan Haqqları Məhkəməsi (AİHM), Hz.Məhəmmədin təhqir etməsinin düşüncə azadlığı kimi qiymətləndirilə bilinməyəcəyinə qərar verdi.

AİHM-dən edilən yazılı şərhə görə, 47 yaşındakı avstriyalının 2009-cu ildə Hz.Məhəmmədə qarşı istifadə etdiyi təhqir məzmunlu ifadələrin, İnsan Haqqları Müqaviləsinin düşüncə azadlığı ilə bağlı olan 10-cu maddəsi daxilində qiymətləndirilə bilinməyəcəyinə qərar verildi.

Şərhdə, Avstriya məhkəmələrinin şəxs haqqında yerində və doğru qərarla hökm etdiyinə vurğu edilərək, “İstifadə edilən mübahisəli ifadələr obyektiv sərhədləri aşmışdır. İstifadə edilən ifadələr İslam Peyğəmbəri Hz.Məhəmmədə təhqir ehtiva edən bir hücum olaraq qiymətləndirilmişdir. Ayrıca bu cür başqa hücumlar, radikallığı qızışdırır və Avstriyadakı dini azadlığını təhdid edir.” qiymətləndirməsinə yer verildi.

Avstriyada 2009-cu ildə “İslamın Təməl ünsürləri” başlıqlı bir seminarda danışan 47 yaşındakı avstriyalı, Hz.Məhəmmədə təhqir ehtiva edən ifadələr istifadə etmiş, 2011-ci ildə yerli məhkəmə avstriyalını dini təlimi alçaltdığı səbəbiylə 480 avro pul cəzasıyla cəzalandırmışdı.

Cəzaya etiraz edən avstriyalı iddianı Ali Məhkəməyə daşımış, ancaq məhkəmə Hz.Məhəmmədə təhqir edən adamın etirazını qəbul etməmişdi. Bunun üzərinə sözü gedən şəxs iddianı AİHM-ə daşımışdı.