Noyabr 17, 2018

Ayətullah Ruhullah Musəvi Xomeyni – Gənc müsəlmanlara tövsiyələr

1. Gündəlik fərz namazları vaxtında qılın, gecə namazı da qılmağa çalışın.

2. Vacibləri yerinə yetirib haramlardan uzaq durun.

3. Bazar ertəsi və cümə axşamı günləri mümkün olduqca oruc tutmağa çalışın.

4. Çox yatmayın və Qurani Kərimi dəfələrlə oxuyun.

5. Sözünüzdə durun və sövdələşmələrinizə diqqət edin.

6. Sadə geyinin.

7. Yoxsullara kömək edib hər gün sədəqə verməyə çalışın.

8. Çox xərc çəkilmiş lüks yığıncaqlara qatılmayın, özünüzdə belə yığıncaqlar təşkil etməyin.

9. Çox danışmayın, çox dua edin.

10. Özünüzü məlumat cəhətdən inkişaf etdirin, dini söhbətlərə qatılın.

11. Etdiyiniz yaxşılıqları unudun və keçmişdə etmiş olduğunuz günahları xatırlayın.

12. İdman etməyə vaxt ayırın.

13. Bir İslam ölkəsinin ehtiyac duya biləcəyi bütün elmləri öyrənin.

14. Hər baxımdan diqqətli və oyanıq olun.

15. Quran oxumasını və təcvid qaydalarını öyrənin.

16. Aktuallıq ilə maraqlanın, aktual xəbərləri, xüsusilə də Müsəlmanları maraqlandıran xəbərləri izləyin.

17. Maddi istiqamətdən yoxsullara, mənəvi istiqamətdən də alimlərə baxın.

18. Hər axşam yatmadan əvvəl özünüzü hesaba çəkin, gün boyu işləmiş olduğunuz günahlardan tövbə edin və etdiyiniz gözəl işlər üçün də şükr edin.

19. Alimlərlə yoldaşlığı əsla kəsməyin, davamlı olaraq onlarla ünsiyyətdə olun.