Avqust 4, 2019

Ayın Düşünüləndən Daha Yaşlı Olduğu Ortaya Çıxdı

İnsanlıq olaraq hər nə qədər inkişaf etmiş olsaq da hələ tam olaraq bilmədiyimiz bəzi şeylər var. Ayrıca zamanında doğru olaraq bildiyimiz şeylərin də inkişaf edən elmi texnikalarla səhv olduğunu öyrənə bilirik. Bunlardan birii də planetimizin peyki olan Ayın yaşı idi. Edilən yeni bir araşdırmaya görə Ay, daha əvvəl düşünüləndən 100 milyon il əvvəl meydana gəlib.

Daha əvvəllər planetimizin peykinin Günəş Sisteminin meydana gəlməsindən 150 milyon il sonra meydana gəldiyi düşünülürdü. Ancaq Köln Universiteti Geologiya və Mədən Elmi İnstitutu tərəfindən edilən yeni bir araşdırmaya görə Ay, Günəş Sisteminin meydana gəlməsindən 50 milyon il sonra meydana gəlib ki, bu da Ayın yaşının 4,51 milyard il olduğu mənasını verir.

Araşdırma, Apollo11-dən gətirilən nümunələrdə edilən analizlərlə reallaşdırıldı. Alınan nümunənin yaşını təyin etmək üçün elm insanları daşı meydana gətirən elementləri araşdırdılar və hafnium, uran, volfram kimi nadir elementlərə baxdılar. Araşdırmanın redaktoru olan Köln Universitetindən Dr. Raul Fondsa tərəfindən verilən şərhdə “Fərqli zamanlarda meydana gəlmiş daşların içərisindəki elementlərin nisbi ədədlərini müqayisə edərək, hər bir nümunənin Ayın iç layları və maqma dənizinin soyumasıyla necə əlaqəli olduğunu öyrənmək mümkündür” dedi.

Günəş Sisteminin ilk 70 milyon ilində meydana gələn radioaktif çürüməni saxladıqları üçün hafnium və volfram araşdırmanın hədəfləri baxımından olduqca böyük bir əhəmiyyət ifadə edir. Elm insanları, Apollo nümunələrinin izotoplarını araşdıraraq və laboratoriya təcrübələriylə müqayisə edərək tapdıqları dəlillərlə Ayın düşünüləndən daha əvvəl meydana gəlməyə başladığını kəşf etdi.

Ayın, Mars böyüklüyündəki bir cismin Dünyaya dəyməsi nəticəsində meydana gəlmiş olması olduqca böyük ehtimaldır. Toqquşma çox böyük sayda tozu və qayanı Dünyanın orbitinə atdı və gedərək Ayın içərisində qatılaşdı. İlk meydana gəlməyə başladığında Ay, tamamilə maqma ilə örtülü idi və soyuyaraq qaya halını aldı.

Bu yeni iş, planetlərin necə meydana gəldiyini anlamaq baxımından olduqca qiymətli bir araşdırmadır və Dr. Peter Spranqa görə bu Dünyada deyil yalnız Ayda mümkündür. Dr. Spranq, verdiyi açıqlamada “Bu tərz araşdırmalar Dünyada artıq mümkün deyil buna görə Ay, kainatın təkamül işləri üçün bənzərsiz bir qaynaqdır” ifadələrini istifadə etdi.