Aprel 30, 2019

Aysberqin görünməyən üzü: Buzlaqların içindən nüvə tullantıları ortaya çıxdı

Edilən bir araşdırmada buzlaqların üzərində yaranan çöküntülərin yüksək miqdarda radioaktif maddə saxladığı təsbit edildi. Əgər buzlar əriməyə davam etsə Dünya üçün çox gec ola bilər.

İngiltərədə Plymouth Universiteti tərəfindən edilən yeni bir araşdırma nəticəsində əriyən buzlaqlar, partlamağa hazır bir nüvə bombasına bənzədildi. Araşdırmaçılar fərqli bölgələrdən götürdükləri 17 fərqli buz parçasını araşdırdıqdan sonra buzun səthindəki çöküntüdə cryoconite deyilən səpinti radioaktivlərinə (FRN) rast gəldi. Bəzi nümunələrdə radioaktif maddə sıxlığı buzlaq olmayan bölgələrə görə daha çox idi.

Əslində bu vəziyyət Çernobl və Fukuşima faciələrindən sonra atmosferə yayılan radioaktif səpintilərin, buzlaqların əriməsi ilə başqa bir problemə yol aça biləcəyini də göstərir. Radioaktif səpintilər qarın və buzun üzərində ağır bir örtük meydana gətirir. Radioaktif maddələr buz əriyənə qədər cryoconite içində tutulur.

Radioaktif parçacıqlar çox yüngül maddələr olduqları üçün atmosferə qarışdıqlarında çox uzun məsafələr qət edə bilər. Əgər yağış yağsa maddələr su ilə birlikdə yer üzünə enər, ancaq əgər qar varsa bu maddələr qarın üzərində örtük meydana gətirib  əriyənə qədər on illərlə qala bilər.

Qrupun indiki məqsədi bu maddələrin ətrafa və qida zəncirinə necə təsir etdiyini öyrənməkdir. Ayrıca qrupdan bəziləri, cryoconite istifadə edilərək nüvə qəzalarından təsirlənən bölgələrin təmizlənə biləcəyini iddia edir. Araşdırma hesabatları 2019 Avropa Yer Elmləri Birliyi (EGU) yığıncağında nəşr olunacaq