Mart 31, 2019

Bakteriyaların havada minlərlə kilometr gedə bildiyi təsbit edildi

ABŞ elm adamlarının etdiyi bir araşdırma, bakteriyaların hava yoluyla bir insana ya da heyvana bağlı qalmadan tək başlarına minlərlə kilometr kənara gedə biləcəklərini ortaya qoydu.

Nyu Cersidəki “Rutgers” Universitetində Molekulyar Biologiya Professoru Konstantin Severinov liderliyində edilən araşdırma, bakteriyalar və antibiotiklər haqqında yeni məlumatları ortaya çıxardı.

Araşdırmaya görə bakteriyalar, hər hansı bir insan ya da heyvana bağlı qalmadan, hava yoluyla minlərlə kilometr uzağa gedə bilir.

Elm adamları, “hava körpüsü” adını verdikləri nəzəriyyənin, zərərli bakteriyaların necə hər yerdə eyni antibiotik müqavimətə sahib olduğunun açıqlanmasına köməkçi olacağını vurğuladı.

Araşdırma daxilində, bakteriyaların bir virusla qarşılaşdıqlarında onun xüsusiyyətlərini toplayaraq, bakteriyal DNT-də yığılan molekulyar yaddaşlarda qeyd etdiyi təyin olundu.

Araşdırmaçılar, iş daxilində İtaliyadakı Vezuvi vulkanından isti qumlarla İtaliya, Çili və Rusiyadakı isti su qaynaqlarından “Thermus thermophilus” bakteriyalarını topladı.

Nümunələrin “molekulyar yaddaşını” araşdıran elm adamları, bakteriyaların DNT-də eyni sıraya sahib bir çox ortaq xüsusiyyətlərinə rast gəldilər.

Prof. Dr. Severinov, mövzuyla əlaqədar verdiyi açıqlamada, “Analizimiz, eyni antibiotik müqavimət geni daşıyan zərərli bakteriyalarla bağlı ekoloji və epidemiolojik işlərə qatqı rolunu oynaya bilər. Bu iş eyni zamanda, zərərli bakteriyaların insanlar üzərində səyahət etməkdən çox hava yoluyla yayıldığına dair də ipucu kimi təqdim edilə bilər.” ,-ifadələrini işlətdi.

Araşdırmanın nəticələri “Philosophical Transactions of the Royal Society B” jurnalında dərc olunub.