Aprel 11, 2019

Bakteriyaların təkamülləşmə müddətləri yavaşladılaraq antibiotik müqavimətləri qırıla bilərmi?

Araşdırmaçılar bakteriyaların antibiotiklərə qarşı təkamülləşmə müddətlərinin yavaşlatmağı hədəfləyən təkamülləşmə əleyhdarı dərmanlar üzərində çalışırlar.

Bakteriyalar sürətli bir şəkildə dəyişmə keçirərək antibiotiklərə qarşı daha çox müqavimət qazana bilirlər. Bu yolla əvvəllər istifadə etdiyimiz antibiotiklər, sonradan işə yaramaz hala gələ bilirlər. Müqavimət probleminə qarşı yeni antibiotiklər inkişaf etdirilsə də bunlar müvəqqəti həll edir, çünki bakteriyalar bir müddət sonra yeni antibiotiklərə də müqavimət qazanırlar. Lakin araşdırmaçıların son işləri vəziyyəti bizim lehimizə dəyişmiş ola bilər.

Ekoloji faktorlar təbii seçmənin təməlini meydana gətirir. Dəyişən ətraf şərtlərinə adaptasiya ola bilməyənlər ölərkən genlərində yaranan mutasiyalar nəticəsində, həyatda qalmağı bacaranlar  genlərini yeni nəsillərə köçürürlər. Yəni çətin şərtlərdə həyatda qala bilənlər nəsillərinin davamını təmin edə bilirlər.

Bakteriyalar üçün bu çətin şərtlərdən biri də antibiotiklərdir. İlk başda bakteriyalar bu dərmanlara qarşı müqavimət göstərə bilməzkən sonradan təkamülləşərək adaptasiya ola bilirlər. Sonra yeni bir antibiotik yaradılır və bakteriyalar yenidən müqavimət qazanır. Yeni bir iş bu dövrü qırmağı hədəfləyir. Bu yeni işin araşdırmaçılarından Dr. Syuzan Rozenberq işlərini bu şəkildə açıqlayır:

“İmmunitet sistemimizi təhdid edən patojgenik bakteriyaların ekoloji dəyişmələrə qarşı uyğunlaşma təmin etmələrinə səbəb olan molekulyar mexanizmi anlamaq istəyirik. Buna görə də bakteriyaların təkamülləşmələrini yavaşladacaq yeni bir dərman yaratmağı ümid edirik. Bakteriya hüceyrəsini öldürən ya da törəmələrinə mane törədən bir antibiotik deyil, təkamülləşməsini yavaşladan bir anti-təkamül dərmanı yaratmağı planlayırıq.”

Araşdırmaçılar əvvəl E. coli bakteriyalarına az miqdarda antibiotik verdilər və anladılar ki, bakteriyaların bir qismi bu antibiotikə qarşı özləri üçün daha zəhərli olan reaktif oksigen növləri (ROS) çıxarmağa başladılar. Yəni bakteriyalar mühiti daha da çətinləşdirərək daha yaxşı təkamül etməyə çalışırdılar. Bakteriya koloniyası daha yaxşı bir nəticə üçün böyük bir risk alırdı.

Daha sonra araşdırmaçılar təkamülləşmə əleyhdarı dərmanı test etməyə qərar verdilər və antibiotik ilə “adaravone” adlı ROS miqdarını azaldan maddəni birləşdirdilər. Bu sayədə bakteriyalar kifayət qədər ROC çıxara bilməyincə təkamülləşmə müddətləri yavaşlamış olur.

Dr. Rozenberq bu işin təkamül döyüşünü immunitet sistemimizin leyhinə çevirərək bakteriyalardan qaynaqlanan xəstəliklərin azaldılmasını təmin edə biləcəyini bildirdi.