Mart 26, 2019

Bioloqlardan xərçənglə mübarizə aparan yeni protein peptidi!

“Massachusetts Institute of Technology(MIT)” bioloqlarları limfa, leykoz və döş xərçəngi kimi bəzi xərçəng növlərinin həyatda qalması üçün vacib olan açar proteini məhv edən yeni peptid[1] yaradıblar.

Bioloqların düzəltmiş olduğu yeni peptid növü bir çox xərçəng növünə qarşı mübarizə apara bilir. Yeni peptid xərçəng hüceyrələrinin ümumi DNT zədələnməsi ilə nəticələnən hüceyrəvi intiharın qarşısının alınmasına köməklik edən Mcl-1 adlı proteini hədəf alır. Peptid, Mcl-1-i blok edərək xərçəng hüceyrələrini  proqramlanmış hüceyrə ölümünə məcbur edə bilir. “MİT” biologiya professoru  Emi Kitinq “Bəzi xərçəng hüceyrələri, hüceyrənin ölməsini əngəlləyən son müdafiə xətti Mlc-1-dən asılıdır.” -, sözləriylə Mcl-1-in hədəf olmasının vacibliyini qeyd edib.

Peptidlər və ya kiçik protein hissəcikləri ümumilikdə dərman olaraq istifadə edilməyəcək qədər yararsızdırlar, amma bu araşdırmada tədqiqatçılar molekulları stabilizasiya etmək və hədəf hüceyrələrə daxil olmalarına köməklik edəcək bir üsul da yaratmışdırlar. Mcl-1, prqoqramlanmış hüceyrə ölümü və ya apoptozun[2] nəzarətində rol oynayan beş proteindən ibarət bir ailəyə aiddir.

Bu proteinlərin hər biri fərqli xərçəng tiplərində həddindən artıq aktiv olur. Bu proteinlər “apoptotik blokada” olaraq adlandırılan və hüceyrələrin ölümünü tətikləyən DNT xəsarətinə məruz qalanda belə, hüceyrələrin apoptoz olmayacağını göstərir. Bu, xərçəng hüceyrələrinin həyatda qalmasına, nəzarət edilmədən çoxalmasına icazə verir və hüceyrələrin DNT-ə zərər verən dərmanlara müqavimətli hala gəlməsində vacib bir rolu olduğunu göstərir.


[1] Peptid –  (Yunanca: “peptos” – bişmiş) – eyni və ya müxtəlif aminturşu qalıqlarının öz aralarındakı rabitə ilə bağlanmasından əmələ gəlmiş birləşmələr.

[2] hüceyrənin öz-özünü məhv etməsi prosesi