Aprel 2, 2019

Bu kərtənkələ növü 16 dəqiqə suyun altında qala bilir

Təbiətdə həm görünüşü həm də xüsusiyyətləri etibarilə olduqca maraqlı canlılar var. Bu canlılardan biri də kərtənkələdir. Videoqeydə alınan  bu tropik kərtənkələni digərlərindən maraqlı edən xüsusiyyəti isə başında yerləşən və oksigen balonu funksiyasını görən orqanıyla suyun altında nəfəs ala bilməsidir.

Kosta Rikada olan bu kiçik canlının adı su kərtənkələsidir (Anolis Aquaticus) və ehtimal ki, başında yer alan bu baloncuğu gizlənmək  və ovlanmaq üçün istifadə edir. Həm də bəzən suyun altında 16 dəqiqə boyunca qala bilir.

Videonu qeydə alan Lindsi Svayerk bunları söyləyir:

“Olan dəlillərə görə su kərtənkələsi suyun altında nəfəs ala bilir. Bu, araşdırmanın bir parçası deyildi, mən bunu təsadüfən kəşf etdim. Getdiyi məsafənin uzunluğu qarşısında təsirlənmişdim və bu da mənə bir neçə il boyunca suyun altında onları müşahidə etmək üçün həvəs verdi. Həmin zaman kərtənkələlərin başlarında olan baloncuqla nəfəs alıb verdiyini gördüm.”

Svayerk başındakı baloncuq xaricində, kərtənkələnin başında və boğazında da əlavə hava balonları olduğunu, bunların bir növ ehtiyat funksiyası yerinə yetirdiyini və ehtiyacı olduğunda baloncuğu yeni havayla doldurduğunu düşünür.

Baloncuğun fərqli funksialarının də olduğunu düşünən Svayerk “Əlavə olaraq hava baloncuqlarının, kərtənkələnin karbondioksiddən xilas olmasına da kömək etdiyini düşünürəm. Bunun morfoloji bir adaptasiya olduğundan şübhələnirəm.”,-dedi.

Hələlik bütün bunlar sadəcə təxmindir. Təbii ki, suyun altında nəfəs alıb verməsinə yaradığı qətidir, ancaq bu tərz bir xüsusiyyətin niyə inkişaf etdiyi və altında yatan fiziologiyanın nə olduğu hələ bir sirrdir.