Avqust 3, 2018

Coşqu İsmayılzadə – Ən məşhur ön mühakimələrə cavablar.

Bu yazıda bəzi ksenofob ateistlərin və klassik islamofobların ən məşhur paralogik iddialarını incələyib, qısa və sadə cümlələr şəkilində cavab vermək istərdim. Başdan qeyd edim ki, bəzi ateistlərin bu iddilarının antinomiya (özlərinə doğru kimi görünən məntiq xətası) olduğunu qaynaqlı dəlillərlə qeyd edəcəm. Çox dərinə gedib, ağır fəlsəfi incələmələrlə məsələni uzatmaq istəmirəm. Yazıda yanlışlıq olduğunu düşünənlər, buyurub öz fikirlərini bildirə bilərlər. Amma ksenofoblara əvvəlcədən deyim ki, oxuyarkən qıcıqlanıb tez qarşı çıxmaq həyəcanı ilə yox, bizim mövqeyimizi də açıq görüşlü bir şəkildə bilmək anlayışı ilə oxuyun. Əks halda məlumat beyininizdə sağlam emal olunmayacaq. Qarşı tərəfin mövqeyini bilməyə hazırıq:

1) Alimlərin çoxu Allaha inanmır.

Cavab: Nobel mükafatı almış ən məşhur alimlər arasında aparılan araşdırmada aşağıdakə nəticələr məlum olmuşdur:

Fizika üzrə Nobel mükafatçıları arasından yalnız 7 nəfəri Yaradıcıya inanmırdı: Cəmi 4,7%

Kimya üzrə Nobel mükafatçıları arasından yalnız 9 nəfər Yaradıcıya inanmırdı: Cəmi 7%

Tibb üzrə Nobel mükafatçıları arasından yalnız 15 nəfər Yaradıcıya inanmırdı: Cəmi 9%

Mənbə: 100 years of Nobel Prizes, Pages. 57-59

Nobel Mükafatı almış alimlərin cəmi 10.5 % ateist, aqnostiq və s. görüşlərdədirlər.

Kitabdan sitat

“Atheists, agnostics and freethinkers comprise 10.5% of total nobel prize winners”

Mənbə: 100 years of nobel prizes , p.57

Məlum olmuşdur ki, Nobel almış alimlərin çox böyük bir hissəsi bir Yaradıcıya və ya bir dinə inananlardan təşkil olunmuşdur.

2) Dinlər müharibələrə, qan tökmələrə səbəb olub.

Cavab: “Amerikalı tarixçilər Alan Akselrod və Çarlz Filips tərəfindən hazırlanmış “Müharibələr Ensiklopediyası” kitabında dünya tarixi boyunu baş vermiş əsas müharibələrin ətraflı siyahısı verilmişdir. Həmin siyahıya ümumi olaraq 1763 müharibə daxil edilmişdir. Maraqlıdır ki, bu müharibələrdən sadəcə 7 faizi (123 müharibə) dini müharibə kimi xarakterizə edilmişdir. Digər 93 faizi (1640 müharibə) isə qeyri-dini xarakterli (sekyular, dünyəvi) müharibələrdir.

Digər amerikalı professor Vilyam Kavano özünün “Dini Zorakılıq Mifi” (2009) adlı kitabında “dini müharibələr” terminini “Qərb dixotomiyası” adlandıraraq qeyd edir ki, dini müharibələr kimi xarakterizə olunan bütün müharibələr əslində sekyular (iqtisadi yaxud siyasi) şaxələnmələrə malikdirlər.

Mənbə:
Axelrod, Alan & Phillips, Charles Encyclopedia of Wars, Facts on File, November 2004, ISBN 978-0-8160-2851-1. Deem, Richard. Are Most Wars the Result of Religious Belief?, March 28, 2008

The Myth of Religious Violence: Secular Ideology and the Roots of Modern Conflict, W. Cavanaugh, Oxford University Press, 2009. ISBN 978-0-19-538504-5

3) İslam sülh dini deyil, savaş dinidir.

Cavab: Sülh anlayışı ümumiyyətlə hər zaman keçərli deyil. Bəzən sülhü yaratmaq üçün mübarizə aparmaq vacib olur. İslamda da bu vardır. İslamın qaynağı Qurandır. Hər şeyi öz qaynağından öyrənmək lazımdır. Quranda bir dənə də olsun sülhə zidd ayə yoxdur və əksinə Quran insanları birbaşa sülhə dəvət edir. Ədalətsizliyə qarşı da mübarizəyə səsləyir. Bu ayələrdən bir neçəsi bunlardır:

“Hamınız bir yerdə sülhə gəlin!” (Bəqərə surəsi, 208)
– “..barışmaq daha xeyirlidir.” (Nisa surəsi, 128)
– “Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir.” (Nisa surəsi, 114)

Allah Qurandakı başqa ayələrdə də ancaq yaxşılıq etməyi, pislik törətməməyi buyurmuşdur:

– Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!” (Qasas surəsi, 77)
– “Zülm edənlərə meyl etməyin…” (Hud surəsi, 113)
– “Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın!” (Bəqərə surəsi148, Maidə surəsi, 48)
“Yaxşılıqla pislik eyni ola bilməz! Sən pisliyi yaxşılıqla dəf et! (Fussilət surəsi, 34)

Müsəlmanlara yalnız onlarla vuruşan, onları torpaqlarından çıxarmaq istəyən azğın düşmənlə belə, həddi aşmamaq şərti ilə savaşmaq əmr edilib:

“Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir.”(Bəqərə surəsi, 190)

Allah Quranda əsirlərə qarşı belə ədalətli davranmağı, onları öz süfrələrinə qonaq edib, yediklərindən onlara da yedirtməyi buyurmuşdur:

Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (İnsan surəsi, 8)

Üstəlik müharibə zamanə Allah əsirlər İslamı qəbul etməsələr belə, onları sağ-salamat buraxmağı əmr etmişdir:

Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır! (Tovbə surəsi, 6)

İşğalçılıq etmək və başqa dinə mənsub insanlara qarşı ədatətsizlik də qəbul edilmir. Qarşınızdakı bir dindiz yaxud bir yəhudi də olsa belə, islam ədalətli davranmağı əmr edir. İslama görə bir müsəlmanın ədaləti unudub başqa bir müsəlmana tərəfkeşlik etməsi doğru deyil. Yəni ədalət baxımından bir müsəlman hər düşüncə topluluğuna ekvivalentdir. Allah belə buyurur:

“Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!” (Maidə Surəsi, 8)

Allah müsəlmanlarla düşmənçilik etməyən bütün insanlara yaxşılıq etməyi buyurulub:

Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! (Mumtəhənə surəsi, 8)

Bütünbunlardan əlavə Allah Rəsulu Həzrəti Muhəmmədin Qurana dayanıqlı əxlaqına da baxsaq, orada Rəsulun Quranəxlaqını necə gözəl şəkildə yaşadığını açıq-aydın görə bilərik. Fəth surəsinin 24-cü ayəsində, azğındüşmənin müsəlmanların üzərinə hücum etməsi, amma Allahın köməyi sayəsində özlərinimüdafiə edən müsəlmanların düşmənə qalib gəlməsi göstərilib.

“Sizi onlara qalib etdikdən sonra Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardançəkən (onları sizinlə, sizi də onlarla vuruşmağa qoymayan) Odur. Allah sizin nə etdiklərinizi görəndir!” (Fəth surəsi, 24)

Müharibə bitdikdən sonra Allah artıq onlara qarşı haqsızlıq etməyi qadağan etmiş və heç birhalda qarşı tərəfə zülm və zorakılıq edilməsinə icazə verməmişdir. Bu ayənin nazil olma səbəbi buhadisədən bəhs edirdi: Peyğəmbərimiz Həzrəti Muhəmməd səhabələri ilə Hudeybiyyədə yerləşdiyizaman səksən silahlı Məkkə müşriki müsəlmanlara hücum etmək istəmiş, lakin səhabələr bunaəngəl olaraq onları əsir almış, Peyğəmbərin hüzuruna gətirmişdir. O isə onlara heç bir cəzaverməyib hamısını azad etmişdi. Muhəmməd əleyhissəlamın bu lütfü Hüdeybiyyə sülhünün imzalanmasına səbəb olmuşdur.

4) Müsəlmanlar elmlə məşğul olmayıb.

Cavab: İslamın ortaçağ dönəmi haqqında bütün dünya xəbərdardır. Əndəlüs mədəniyyəti haqqında və İslamın iltibah dövrü haqqında araşdırsanız, görərsiniz ki, müsəlman elm adamları dünyaya nə kimi elmi faydalar veriblər. Müsəlman alimlər bir vaxtlar qaranlıq dövrü yaşayan qərbi və xristian dünyasını aydınlığa çıxarıblar.

Məsələn bu gün dünyada istifadə olunan bütün cərrah alətlərinin dizaynını Əl-Zəhrəvi adlı müsəlman hazırlayıb. Onun hazırladığı alətlərdən 200-ə yaxını bu gün də istifadə edilir. Cərrahi və tibbi alətlər üzrə Əl-Zəhrəvinin traktatı ilk dəfə Peter Argellata tərəfindən 1531 ildə latıncaya tərcümə olunmuşdur.

Mənbələr: Assisted delivery has walked a long and winding road, OBG Management, Vol. 19, No. 6, June 2007, p. 84.

Jump up to:a b Holmes-Walker, Anthony (2004). Life-enhancing plastics: plastics and other materials in medical applications. London: Imperial College Press. p. 176.

Bioqrafiyası: https://en.m.wikipedia.org/wiki/Abu_al-Qasim_al-Zahrawi

Bunda əlavə minlərlə müsəlman alim dünya elminə yeniliklər gətirmişdir. Çox olduqları üçün və qaynaqların çox yer tutmaması üçün onların kiçik bir hissəsini qeyd edək:

1.İlk əzca kitabını yazan -İ bn Baytar
2.İlk qitə səyahətnaməsini yazan – İbn Battuta
3.Fosforu ilk tapan – Bəşir
4.İlk kimya laboratoriyasını quran – Cabiribn Həyyan
5.Göyqurşağını ilk dəfə elmi izahını verən – Qutbəttin Şirazi
6.Səsin fiziki açıqlamasını ilk dəfə izah edən – Fərabi
7.Optikanın təməllərini qoyan – İbn Heysəm
8.Günəşin üzərindəki ləkələri ilk dəfə tapan – Fərqani
9.Dünyanın döndüyünü kəşf edən – Əl Biruni
10.Onluq kəsrləri ilk dəfə işlədən -Qiyasəddin Cəmşid
11.Triqonometriya kitabını yazan – Nəsrəddin Tusi
12.Triqonometriyanı ilk dəfə tapan – Battani
13.”0″rəqəmini kəşf edən – Xarəzmi
14.”Kiçik qan dövranı”nı tapan – İbnnünnəfis
15.Retina təbəqəsini tapan – İbn Rüşd
16.Vərəm mikrobunu tapan – Kambur Vesim
17.Vəbanın yayılan olduğunu aşkar edən – İbn Xətib
18.İlk kağız fabriki quran – İbn Fazil
19.Çiçək xəstəliyini kəşf edən – Razi
20.Mikrobu ilk tanıtdıran – Ağşəmsəddin
21.İlk göz əməliyyatı edən – Əmmar
22.İlk xərçəng əməliyyatı edən – Əli ibn Abbas

Tarixdə iz qoymuş İslamın İltibah Dövrü barədə Qərb filosof və tarixçiləri, hətta məşhur ateistlər belə qeyd ediblər. Onlardan ən məşhurlarına baxaq:

Məşhur spektik, xristianlıq tənqidçisi olan filosof Bertran Rassel yazır:

“Bizim 699 ilə 1000-ci illər arasındakı dövrü “qaranlıq əsrlər” olaraq xarakterizə etməyə meyilli olmağımız, baxış nöqteyi-nəzərimizin nə qədər də Qərbi-Avropa ilə məhdud olmasına bir dəlildir. Həmin illərdə Hindistandan İspaniyaya kimi möhtəşəm İslam mədəniyyəti çiçəklənirdi. Sözügedən dövrdə xristianlıq üçün itki, eyni zamanda bütün sivilizasiya üçün itki demək deyildi, vəziyyət tam əksinə idi. Biz elə zənn edirik ki, mədəniyyət, Qərbi-Avropa mədəniyyətidir. Ancaq bu çox dar bir baxış tərzidir.”

[History of Western Philosophy, London, 1948, p. 419]

Məşhur ateist Alman filosof və xristianlıq tənqidçisi Fridrix Nitsşe də özünü dünya şöhrətli “Antixrist” əsərində, İslamın elmi dövrü haqqında yazır:

“Xristianlıq antik mədəniyyətin yığacağı barı məhv etdi. Sonralar o, İslamın mədəniyyətinin yığacağı barı məhv etdi. İspaniyanın (Əndəlüsün) möcüzəli, öz mahiyyəti etibarilə bizə daha doğma olan, hisslərimizi və zövqümüzü Roma və Yunanıstanın mədəni dünyasından daha çox oxşayan mavritan mədəni dünyası tapdanmışdı (-mən demirəm hansı ayaqla). Niyə? Ona görə ki, o öz mənşəyinə görə nəcib kişilik instinktlərinə minnətdar idi, ona görə ki, o həyatı həmçinin də nadir mavritan incəliklərində təsdiq edirdi. Xaçpərəstlər sonralar o şeyi məhv etdilər ki, kül olub qarşısında tökülmələri daha ədəbli olardı – mədəniyyəti, onunla müqayisədə bizim on doqquzuncu əsrimiz çox kasad, çox “gecikmişdir”.

[Fridrix Nitsşe, Antixrist, fəsil 60, səh. 161]

5) Quran Ərəblərə endirilib.

Cavab: Quranda ərəbləri ucaldan, onların məqamca üstün olduqlarını deyən bir dənə də ayə yoxdur. Quranda Peyğəmbərin ailəsinin, səhabələrinin, qohumlarının adı keçmir və peyğəmbərin özü belə, doğru yoldan çıxacağı təqdirdə İlahi əzabla hədələnir. İslam bütün peyğəmbərlərin yoludur. Allah Quranda İslamdininin eyniylə bütün peyğəmbərlərin gətirdikləri mesajın davamı olduğunu açıq-aydın belə bildirir:

Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə,
İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhyetdik. Davuda da Zəburu verdik. (Nisa surəsi, 163)

Allah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyəetdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün dəqanuni etdi. (Şura surəsi, 13)

Hz. Muhəmməd bütün Yer üzünə, bütün insanlara göndərilən bir peyğəmbərdir. Əgər o ərəblərinarasından çıxmayıb başqa bir millətdən olsaydı, islam düşmənləri bu dəfə də dini həmin o başqamillətin dini kimi görəcəkdilər. Onların bu düşüncələri isə, qəlblərindəki kin və nifrətin, inkar etməküçün axtarılan yersiz bəhanələrin təzahürüdür. Allah Quranda belə insanlara diqqət çəkərəkbuyurur:

Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik, və o, bunu onlara oxusaydı, yenə də onaiman gətirməzdilər. (Şuəra surəsi, 198-199)

Allah Həzrəti Muhəmmədin dünyadakı vəzifəsi ilə bağlı da belə bildirir:

Biz səni BÜTÜN İNSANLARA müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) kimi göndərdik. Lakin insanların çoxu (bunu) bilmir”. (Səba surəsi, 28)

Səni də ALƏMLƏRƏ ancaq bir rəhmət olaraq göndərdik”. (Ənbiya surəsi, 107)

Göründüyü kimi bütün bu iddiaların hamısı ön mühakimələr və antinomiyadır. Yəni bu iddiaları irəli sürən insanlar, bunların belə olmasını istədikləri üçün edirlər. Amma həqiqət heç vaxt dəyişmir. Hər şeyi olduğunu kimi qəbul edən səmimi bir insan üçün isə bunu anlamaq çətin deyildir.