Avqust 29, 2019

Dəniz ilbizlərində xərçəng xəstələrinə ümid olacaq maddə tapıldı

Xərçənglə və ümumiyyətlə xəstəliklərlə mübarizədə gözünü təbiətə çevirən elm insanları, yeni həllər üçün gözdən tez-tez qaçan bir canlı qrupuna fokuslandı: İlbizlərə. Bu canlıların tüpürcəyində xərçəngə qarşı təsirli yeni bir maddə tapıldı.

Təbiət bir çox şəfalı sirri öz içərisində saxlayır. İnsanlar olaraq bu sirləri kəşf etmə səfərimiz hələ davam edir. Son olaraq Avstraliya dəniz ilbizinin ifraz etdiyi mukus mayesində xərçənglə mübarizədə əhəmiyyətli rol oynaya biləcək strukturlar kəşf edildi.

Avstraliyanın “Flinders”, Southern CrossMonash Universitetlərindən gələn araşdırmaçılar, ağ qaya dəniz ilbizi adlı canlının yumurtalarını bakteriya baxımından zəngin olan o coğrafiyada necə qoruduğunu araşdırmağa qərar verdi. Edilən araşdırmalarda elm insanları, heyvanların ifraz etdiyi maddələrin yumurtaları qoruduğunu kəşf etdi.

Bunun üzərinə eyni quruluşun insan xərçəng hüceyrələri ilə qarşılaşdığında necə davranacağını maraqlanan araşdırmaçılar, bu mövzuda bir iş gördü. İnsan xərçəng hüceyrələrindən alınan nümunələr, mukus ilə qarşılıqlı təsirə məruz qoyuldu. Həqiqətən də xərçəng hüceyrələri bu quruluşda həyatda qalmağı bacara bilmədilər. Elm insanları bu vəziyyətin arxasındakı mexanizmi araşdırmağa başlayıblar.

Siçanlar üzərində edilən təcrübələr həyata keçirilib. Təcrübədə, təbii olan 6-Br ehtiva edən quruluşun zəhərli yan məhsullar çıxardığı ancaq sintetik olaraq çıxarılan 6-Br`in bu maddələrin meydana gəlməsinə səbəb olmadığı kəşf edildi. Bu iş və 2016-cı ildə edilən bir başqa təcrübə, dəniz ilbizlərinin xərçənglə mübarizədə təsirli ola biləcəklərini ortaya qoydu. Beləcə kimyaterapiyaya bir alternativ yaradıla biləcək.

Araşdırmaçılardan Katarin Abot nəticələrdən ötəri çox həyəcanlı olduqlarını və dərman sənayesindən araşdırmalarını davam etdirə biləcəkləri sərmayələr götürməyi ümid etdiklərini də sözlərinə əlavə etdi.