Aprel 2, 2019

Davamlı sürətlənən bir raketdə insan nə qədər uzağa gedə bilər?

İnkişaf edən texnologiyalar sayəsində öz planetimizdən çıxmağı bacardıq. Bəs insanlar davamlı sürətlənən bir raketdə səfər etsələr nə qədər uzağa gedə bilərlər?

Uzun müddət boyunca kosmosda səfər edə biləcək gəmilər ortaya çıxartdığımızı düşünək. Artıq ürəyimizin istədiyi qədər güc verə bildiyimiz və hər mühitə dayanıqlı olan gəmimizin Dünyanın cazibə qüvvəsi  qədər bir sürətlə davamlı sürətlənə bildiyini fərz edək.

Biz sürətləndikcə nisbilik nəzəriyyəsi gərəyi zaman içindəki hərəkətimiz də sürətlənər. Yəni bizim üçün qısa bir zamanda, dünyadakı hər hansı bir insana görə çox daha uzun bir zamanı aşmağımız mümkündür. Biz işıq sürətinə yaxınlaşdıqca zamanın sürətinə də yaxınlaşarıq. Texniki olaraq zaman bükülür və məsafələr qısalar.

Biz sürətləndikcə işıq sürətinə yaxınlaşarıq. Yarı yolda yavaşlayaraq hədəf nöqtəyə daha normal sürətlərlə qayıtdığımızı fərz edək. Hədəfimiz də qısa müddətlik nümunə yığmaq olsun. Kosmosdakı məsafələrin böyüklüyü göz önünə alındıqca, aradakı zaman fərqi də ortaya daha dəqiq olaraq çıxır.

Günəş Sisteminin xarici ətrafını meydana gətirən “Oort Buludu”na çatmağımız təxminən bir il davam edəcək. Sonrasında isə məsafələr olduqca maraqlı şəkildə qısalır.

4.3 işıq ili məsafədəki “Alpha Centuri”yə səfər isə yalnız 4 il davam edir. 1000 işıq ilindən uzaq məsafədəki “Orion” Nebulasına çatmaq isə yalnız 15 ilə mümkün olur.

Südyolu Qalaktikasının mərkəzi isə bizdən 25 min işıq ili uzaqdadır. Səfər isə yalnız 20 il davam edəcək. 2,5 milyon işıq ili məsafədəki “Andromeda” Qalaktikasına gedib gəlmək isə 30 ildən bir az çox vaxt alır.

Belə bir vasitəylə ediləcək səfərlər isə olduqca tək istiqamətlidir. Məsələn, bu gün “Andromeda”ya səfər reallaşdırıb qayıtdığım bir ssenaridə yaşlı bir insan olaraq səfərimdən geri qayıtdığım zaman tam fərqli bir dünya ilə qarşılaşmağım mümkündür. Dünyada keçən zaman milyardlarca il ola bilər, bu səbəbdən geri döndüyümdə bir Dünya belə tapmaya bilərəm.