Mart 30, 2019

Dünyaya 146 işıq ili uzaqlığında “qəribə” kəşf

Astronomlar, planetin meydana gəlməsinə uyğun, xaricində əyri diskə sahib iki cüt ulduzlu sistem kəşf etdi.

“Gizmodo”nun xəbərinə görə, ALMA teleskopuyla kəşf edilən HD 98800 sisteminin daxili və xarici seqmentində, ulduz cütü yer alır.

Daxili seqmentdəki “BaBb” olaraq adlandırılan ulduz cütü, bir-birlərinə Dünya ilə Günəş arasındakı məsafə qədər yaxındırlar. Xarici seqmentdəki ulduz cütü “AaAb”in arasındakı məsafə isə Plutonun Günəşə uzaqlığından daha çoxdur.

Nəzəriyyədə var olduğu düşünülürdü

Bu günə qədər nəzəriyyədə var olduğu düşünülən sistem, Dünyaya 146 işıq ili uzaqlıqdadır.

Elm adamları diskin orbitinin iç qisimdəki ulduz cütünün orbitlərinə açıq bucaqda tapılmasının, HD 98800 sisteminin maraqlı xüsusiyyətlərindən biri olduğunu bildirdi. Elm adamları həm də, normalda planetin meydana gəlməsini təmin edən disklərin, ulduz cütüylə eyni orbit müstəvisinə sahib olduğunu ifadə etdi.

Kəşfin detalları “Nature Astronomy” jurnalında yayımlandı.