Oktyabr 3, 2018

Dünyaya bənzəyən yeni bir planet kəşf olundu

Kepler Kosmos Teleskopu ilə Günəş Sistemi xaricində, 145 işıq ili uzaqlıqda olan və Dünyanın iki qatı böyüklüyündə bir planet kəşf edildi. Yeni kəşf edilən Wolf 503b adlı planet, Qız bürcü ulduzları içində yer alır.

Wolf 503b, istilik qaynağı olan ulduza çox yaxın olduğu üçün inanılmaz dərəcədə isti bir planetdir. Hər altı gündə bir dəfə ulduzunun ətrafında bir dövrə atan planetin, ulduzuyla olan uzaqlığı yalnız 579.100 kilometr. Bu planetin ən əhəmiyyətli xüsusiyyəti, belə parlaq bir ulduzun bu qədər yağınlığında kəşf edilmiş tək planet olmasıdır.

Bunun sayəsində, bu qədər yaxınlığında bir ulduz olan planetin, necə xüsusiyyətlərə sahib ola biləcəyini ilk dəfə simulyasiya proqramlarından deyi, canlı olaraq görə bilirik. Ayrıca bu planet bizə nəhəng bir Dünyanın necə bir təbiəti ola biləcəyiylə əlaqədar da çox məlumat verəcək.

Planetin yaxınlığında olan ulduz haqqında əldə edilən dəqiq məlumat isə, ulduzun bir K-tipli ulduz olduğudur. Günəşdən daha az parlaqlığa sahib olan bu ulduz digər bir tərəfdən Günəşdən iki dəfə çox yaşa sahibdir.