Aprel 13, 2019

Elm adamları 500 İl davam edəcək bir bakteriya təcrübəsinə başladılar

Elm adamları çox uzun müddətli təcrübədə bakteriyaların və mikrobların həyatda qalma müddətlərini araşdıracaq.

Elmi araşdırmalar, alınan sərmayələrin və ya insan ömrü kimi müxtəlif məhdudlaşdırmalara məruz qalırlar. Təbiətdə isə bəzi şeylər çox uzun müddətdə reallaşır. Araşdırmaçılar, bu vəziyyəti aşmaq üçün 500 il davam edəcək bir təcrübəyə başladılar.

Təcrübədə bakteriya və mikrobların ömürü araşdırılacaq. Bu tək hüceyrəli canlıların həyatda qalma müddətləri təsbit edilməyə çalışılacaq. Bəzi mikrob və bakteriya növlərinin, çox az bir dəyişmə ilə milyonlarla il yaşadıqları bilinir.

2014-cü ildə bir qrup elm adamı, bəzi bakteriyaları balonların içinə qoydu. Balonları açmaq isə 2514-cü ildəki araşdırmaçıların vəzifəsi olacaq.

Beş əsr gedəcək olan araşdırmanın arxasında isə Şotlandiyadakı “Edinburgh” Universiteti var. Alman və Amerikalı elm adamlarıyla birlikdə işləyən qrup, insanlığın bakteriya ömrünü daha yaxşı anlamasını təmin etməyi məqsəd qoyur. Qrupun heç bir üzvü nəticələri görə bilməyəcək olsa da ilk addımı atdılar.

800 ədəd balona iki fərqli növ bakteriya yerləşdirildi. Bunlardan biri Chroococcidiopsis adlı bir növ, digəri isə Bacillus subtilis`dir. Chroococcidiopsis, bir çox çətin şərtdə həyatda qala bilən, olduqca primitiv bir növdür. Bacilius subtilis isə üzərində ən çox araşdırma edilən və ən yaxşı bilinən bakteriyalardan biridir.

Hava alınmayacaq şəkildə bağlanılan balonlarda olan bu canlılar, radiasiya kimi DNT dəyişmələrinə səbəb ola biləcək digər faktorlardan qorunmaları üçün qurğuşunun içində qorunurlar.

Təcrübənin ilk 25 ili boyunca hər il nəzarət ediləcək olan bu bakteriya nümunələri, daha sonra isə 25 ildən bir nəzarət ediləcək. Nəticələr bir sənədə kağız qələmlə işlənəcək. Ayrıca məlumatlar kompüter mühitində saxlanacaq. Bakteriyaların ölüm nisbətləri də bu məlumatlar ilə ölçüləcək. İlk edilən araşdırmalarda, həyatda qala bilməyən bakteriyalar təhlil edildi. Həyatda qalanların da şanssız bir qisimi daha çətinlikli şərtlərə məruz buraxıldı. Bu qrupun həyatda qalma nisbəti eniş göstərdi.

2016-cı ildəki ilk analizin nəticələri, 2018-ci ildə PLOS`da nümayiş olundu. Bu təcrübə sayəsində bakteriyaların ölmə sürəti daha yaxşı aydın olacaq.