Aprel 22, 2019

Elm adamları öz özünü çoxalda bilən yeni maddə yaratdı

İnsanlar və digər canlılar kimi təkamülləşə bilən maşınların yolunu açacaq bir kəşf edildi. Çıxarılan yeni materialın öz maddələr mübadiləsi var və özünü çoxalda bilir.

“Cornell” Universitetindən mühəndislər, həyatın təməl xüsusiyyətlərindən üçünü sərgiləyə bilən bir material inkişaf etdirdi. Bu yeni material maddələr mübadiləsinə, özünü birləşdirə bilmə qabiliyyətinə və təşkilat bacarığına sahibdir. Araşdırmaçılar bu müvəffəqiyyəti, canlı xüsusiyyətləri daşıyan maşınlar inkişaf etdirmə məqsədiylə etdikləri təcrübələrdə əldə etdi. Təcrübələrdə DNT və biomateriallar istifadə edildi.

DASH (DNT-əsaslı İyerarxik Birləşdirmə və Sintez) adı verilən bu materialların istehsalı üçün əvvəl DNT yaradıldı. Bu DNT-lər, biomaterialları istifadə edib kimyəvi reaksiyaları idarə edərək vəsaitin ‘həyatına’ davam etməsini təmin edir.

Araşdırmaçılar məqsədlərinin həyat yaratmaq olmadığını, canlılıq xüsusiyyətlərinə sahib maşınlar çıxarmaq olduğunu söyləyir. Biologiya və ekologiya mühəndislik professoru Den Luo, canlı bir şey çıxarmadıqlarını, çıxardıqları materialların daha əvvəl görülməmiş səviyyədə canlıya bənzədiyini söyləyir.

DNT`lərə işlənən məlumatlar sayəsində material, öz maddələr mübadiləsinə sahib və öz özünü yeniləyib öz-özünə böyüyə bilir. Material, yeni strukturlar meydana gətirərkən köhnələn və artıq iş görməyən qisimlərini də ortadan qaldırır. DNT zənciri isə xüsusi bir maye quruluşu içərisində var.

Dizayn hələ primitiv olsa da daha orqanik və daha canlı bənzəri maşınların edilməsinin önünü açacaq. Araşdırmaçılar, vəsaitin işığı qəbul etməsini və öz-özünə yemək tapa bilməsini təmin etməyi məqsəd qoyur.