Aprel 19, 2019

Elm adamları suyu dondurmadan – 263 dərəcəyə qədər soyutmağı bacardılar

Araşdırmaçılar istiliyini mütləq sıfıra olduqca yaxınlaşdırdıqları zaman suyu maye halında tutmağı bacardı.

Təhsil həyatımızda öyrəndiyimiz şeylərdən biri də suyun 0 dərəcədə donduğu və 100 dərəcədə qaz halına keçdiyidir. (Buxarlaşma deyil, buxarlaşma hər istilikdə olur) İşin içinə yaradıcı elm girdiyində isə işlər bir az fərqli gedir.

Su, kifayət qədər istilik itirdiyində sıfır dərəcəyə enir və daha sonra da səthindəki molekulların kristallaşması ilə donur. İsveçrəli elm adamları suyu maye halda tutaraq nə qədər soyuda biləcəklərini test etdikləri zaman plankanı – 263 dərəcəyə çəkdilər.

ETH ZürixZürix Universitetindən araşdırmaçılar, “lipidik mezofaz” adı verilən bioloji maddəni istifadə edərək suyu haradasa mütləq sıfıra qədər endirməyi bacardılar. Bura qədər fizikadan danışdıq, amma kimya ilə davam etsək, yağların adı lipid olaraq keçər. Lipidik mezofaz deyilən bu molekullar, yağ molekulu kimi hərəkət edirlər və su molekullarının arasına yerləşirlər. Daha sonra da bir-birləriylə birləşib membranlar meydana gətirirlər.

Bu membran layı, nano səviyyədə bir şəbəkə meydana gətirir. Yaranan şəbəkə səbəbiylə su molekullarının bağlanıb qatılaşa biləcəkləri bir yer qalmamış olur. Bu səbəblə də quruluşa əlavə olunmuş olan su nizamsız olaraq qalır və həddindən artıq soyuqlarda belə maye formasını qorumağa davam edir.

Bu quruluşun hara qədər soyuq qalacağını maraqlanan elm adamları, mayeni – 263 dərəcəyə qədər endirməyi bacardılar. Helium istifadə edilən layihədə çatılan istilik (soyuqluq?), mütləq sıfır nöqtəsindən yalnız 10 dərəcə daha yuxarıda oldu.

Bu tərz işlər, araşdırmaçıların təbii molekulları anlaması və quruluşlandırması üçün yeni yollar ortaya qoyur. Bu üsullar, suyun donmasının təhlükəli olduğu vəziyyətlərdə tədbir alınması üçün də istifadə edilə biləcək.

Araşdırmaçılar, “İşimizin məqsədi ekzotik tətbiqlərə gətirib çıxarmaq deyil. Ana mərkəzimiz araşdırmaçılara molekulyar strukturları, aşağı istiliklərdə kristallaşma olmadan araşdırma fürsəti vermək və həyat üçün əhəmiyyətli iki maddənin: su və lipidlerin – ekstrim şərtlərdə və həndəsi məhdudlaşdırmalarla necə reaksiyalara girdiklərini anlamaqdır.” deyiblər.

Araşdırma, Nature Nanotechnology jurnalında nümayiş olundu.