Mart 18, 2019

Elm adamları zamanı geri çəkdilər


Alimlər kvant kompyuterləri vasitəsilə zamanın istiqamətini tərsinə çevirdikərini bildirdilər.

Rus, amerikalı və isveçrəli alimlərin apardığı elmi araşdırmanın təməl fizika qanunlarına əks olduğu və kainatı idarə edən qanunlarla əlaqəli bilgilərimizi kökündən dəyişdirmə potensialına sahib olduğu deyilir.

Akademik jurnal “Scientific Reports”da yayımlanan araşdırmanın kvant kompyterlərinin işləmə prosesinə aid də yeni fikirlər verə biləcəyi düşünülür.

Araşdırmaçılar təcrübənin elektronlar və kvant fizikası istifadə edilərək reallaşdırıldığını ifadə edir və deyirlər:”Ən bəsit bənzətmə ilə bilyard stolundakı açılış vuruşuyla dağınıq olan şarların təkrar başlanğıcdakı yerlərinə qayıtmasına bənzəyən bir hadisəni gerçəkləşdirdik.”

Moskva Fizika və Texnologiya İnstitundan Qordey Lesovik, “Zamanın termodinamika qanunun tərsinə hərəkət edən bir vəziyətini süni olaraq yaratmağı bacardıq”,- deyə müsahibə verib.

Bu təcrübənin reallaşmasını təmin edən “zaman maşını” elektronlardan və kvant kompyuterləri üçün istifadə edilən məlumat bazası olan kubitlərdən təşkil olunub.

Gündəlik istifadə etdiyimiz kompyuterlərdəki ikili kodlama sistemindəki elementlər 0 və 1 ilə ifadə edilir. 0 və 1-in düzülüşü kodun yaranmasını təmin edir. Kubitlər isə 0 və 1 dəyərinin hər ikisini də təmsil edə bilir.

“Zamana səyahət” təcrübəsində istifadə edilən kvant kompyuterlərindəki kubitlərin gedərək daha qarışıq bir formada 0-dan 1-ə və tam tərsi istiqamətdə məlumat bazası dəyərini dəyişdiyi ifadə edilir.

Bu müddət ərzində kodu yaradan dəyər düzülüşü təmamilə itir. Üçbucaq formasında olan bilyard şarlarının tək zərbəylə təsadüfi istiqamətdə dağılmasına bənzədilir bu hadisə.

Kvant kompyuterlərindəki bir digər program isə öz-özünə təkamülləşən bu kod xaosun içərisindən bir düzəliş yaradır və kubitlər başlanğıcdakı nöqtələrə geri qayıdır.

Yəni araşdırmaçılar, kiy zərbəsi ilə dağılan bilyard şarlarının bilyard stolu üstündə təsadüfi hərəkət etdikdən sonra başlanğıc nöqtələrinə geri qayıdıb təzədən bir ücbucaq formasında duruşlarına bənzəyən  bir hadisəni kvant fizikası vasitəsilə reallaşdırdıqlarını ifadə edirlər.

Araşdırmanı edən komanda iki kubit ilə işlədiklərində “zamanı geri qaytarma” prosesi 85% alınır. Üç kubitlə isə bu nisbət 50%-ə düşür.

Araşdırma komandasından Qordey Lesovik deyir:”Algoritmimiz gələcəkdə daha da inkişaf etdirilə və kvant kompyuterlərinin qarşılaşdığı xətalar aradan qaldırıla bilər.”