Sentyabr 21, 2019

Eltun İsmayıl – Cəlal Şəngörün Ali-İmran 185-ci ayə haqqında sayıqlamalarına cavab

Mən uzun müddətdir ki, din və inanc məsələlərində heçnə yazmamağa çalışıram, amma bəzən elə məqamlar olur, “yox, bu qədər də olmaz” deyib qalırsan. Belə məqamlardan birini hazırda sizinlə birgə analiz etməyə çalışacam. Bu yazını dostluğumda çox obyektiv olduğunu düşündüyüm bir sosial şəbəkə dosdumun, ‘’Cəlal Şəngör dünyada ən önəmli fəlsəfəçilərindədir’’ kimi ifadəsini gördükdən sonra yazmağa qərar verdim..

Yazımı oxumazdan əvvəl aşağıdakı videonun 1 dəqiqəsinə (01:00-2:00) baxmağı məsləhət görürəm.

Dini mətnləri tənqid etmək hər kəsin təbii haqqıdır. Hətta mən bu tənqidləri lazımlı bilirəm. Lakin bu tənqid haradan baxırsansa bax, haqsız bir tənqiddir. Cəlal Şəngör bu videoda 40 saniyəyə 3 dənə xətaya imza atır. Məntiq xətası, elmi xəta və teoloji xəta. Normalda bu qədər prestijli elm adamlarının 40 saniyəyə bu qədər və hər növdən xəta sığdırması nadir rastlanan bir şey olsa gərək.. İndi tək-tək obyektiv və səmimi şəkildə bu xətaları analiz etməyə çalışacam…

1 . İlk öncə məntiq xətasından başlayaq.. İlk başda eynən belə deyir:

“Quran deyir ki, hər ruh ölümü dadacaqdır. Bəs ruhu olmayanlar nə olacaq, heyvanlar nə olacaq?”

Burada Cəlal Şəngör universal məntiq xətalarından birinə yol verir. Baxın bu mənim şəxsi fikrim deyil, Oxford kimi dünyanın prestijli universitetlərinin də yayımladığı məntiq qanunları içərisində yer alan bir xətadır. Belə ki, hər ruhu olan canlının ölümü dadacaq olması, ruhu olmayan canlıların ölməyəcəyi mənasına gəlməz. Bütün X canlıları öləcək ifadəsindən, Y canlıları ölməyəcək nəticəsi çıxmaz.

Məsələn: Deyək ki mən, ‘’bütün uşaqlar yaşlanacaq’’ deyə bir mülahizə irəli sürürəm. Bu eyni zamanda mənim ‘’bütün heyvanlar yaşlanacaq’’ mülahizəsini qəbul etmədiyim mənasına gəlməz.. Yəni, Quranın ruhu olan canlılar haqqında etdiyi şərhdən, ruhu olmayan canlılar haqqında bir şərhə gedilə bilməz.

2. Söhbətin davamında Şəngör ‘’ölməyən bakteriyalar var’’ deyərək ikinci, ama bu dəfə elmi bir xətaya imza atır.

Almaniyanın Kiell universitetindən Prof.Dr Thomas Bosch: ‘’Ölümsüzlük, bir canlının heç bir şəkildə ölmədiyi mənasına gəlir.. Bu axmaqlıqdır. Bu canlılar da ölürlər. Bizim kimi yaşlanma səbəbindən olmasa belə yenə də ölürlər. Baqa canlıların verdiyi zərərdən, xəstəlikdən və ya volkanik partlama səbəbi kimi ətraf mühit şərtləri səbəbiylə ölürlər.’’[1]
Yaxşı deyək ki, Şəngör bakteriyaların ölümsüzlüyünü ətraf şərtlər deyil də sırf yaşlanaraq ölmədikləri mənasında işlədib. Ancaq bu da doğru deyil. Bakteriyaların da yaşlandığı çox əvvəldən elm tərəfindən ortaya qoyulan bir gerçəkdir.. Bunu Şəngör kimi elm adamının duymamış olması çox qəribədir. Belə ki, normalda bakteriyalar bölünərək çoxalırlar. Bu növ çoxalmalar aseksual çoxalma (asexual reproduction) olaraq bilinir. Elm adamları əvvəllər bu bölünmələrin tamamilə simmetrik şəkildə gerçəkləşdyini zənn edirdilər. 2005 ci ildə bunun doğru olmadığı, yəni bakteriyaların əslində asimmetrik bölündüyü təsbit edildi. Araşdırmanı aparan elm adamları bu ifadələri işlətmişdilər: ‘’Biz bu nəticəyə gəldik: Hüceyrə bölünməsində meydana çıxan və bir-biri ilə eyni olduğu düşünülən bala hüceyrələrin funksional olaraq asimmetrik, yəni bir-birlərindən fərqli olduqlarını təsbit ettik. Bu kəşf heç bir canlının yaşlanmağa qarşı dirəncli olmadığını ifadə edir. Və bu səbəblə ölümsüzlük ya əlverişli deyil, ya da funksional mənada yaşayan canlılarda mümkünsüzdür’’[2]

2011ci ildə aparılan başqa bir araşdırma bir əvvəlkini dəstəkləyən xüsusiyyətdədir:
‘’Bakteriyalar əgər simmetrik olsaydılar, o halda yaşlanmama mövzusunda danışa bilərdik. Ancaq ortada bir asimmetriya olduğu üçün daha çox zərərə sahib olan bala hüceyrə yaşlanır’’[3]

Göründüyü kimi, Şəngör elmi bir faktı ya bilərək, ya da bilməyərək təhrif etmiş olur.

3. Şəngör söhbətinin sonunda bir siyasətçiyə deyir ki, “Ya sən Quranın doğru tərcüməsini bilmirsən, ya da doğru tərcüməsini alsan, Quran bu mövzuda xətalıdır deməlisən.” Yəni Şəngör deyir ki, Quran hər canlı deyil də, hər ruh ölümü dadacaq deyir və bu halda bu xətalı məlumatdır. Bu da üçüncü, dini xətası.

Əvvəla qeyd edək ki, Cəlal Şəngör Quranın bu ayəsini tamamilə anlamayıb və buna rəğmən başqalarına hücum edərək onların yanlış olduğunu göstərməyə çalışır. “Kulli nəfsin zaikətü’l-məvt”[4] ayəsində qəsd edilən, bədənlərin ölümlü, ruhların isə əbədi olduğudur. Çünki ayədə ölümü dadmaqdan söhbət gedir və bir şeyi dadmaq üçün həmin anda var olmaq lazımdır. İnsan öldüyü zaman hər şey bitirsə, bunu dadması mümkünsüzdür, o halda ölümü dadan ruhdur. Yəni, bədən ölür və ruh bu ölümü dadır. Fəxrəddin Razi də təfsirində “Hər nəfs ölümü dadacaqdır” ayəsini təfsir edərkən, bədənin fani, ruhun əbədi olduğuna diqqət çəkməkdədir. Çünki bir şeyi dadanın onu dadarkən var olması lazımdır.[5]

Bu ayəni Cəlal Şəngörün dediyi kimi anlasaq belə, yenə də ortaya xəta çıxır.

Öncəliklə hər hansı bir ölümsüz canlı tapılıbmı? Ölümsüz sözünün mənası – Heç bir zaman ölməyən, əbədi deməkdir. Belə bir canlı varmı?
Yox. Yoxdur.. Hətta bu günün elmi bilgilərinə dayanaraq heç vaxt da tapılmayacaq deyə bilərəm. Bunun səbəbi çox sadə və tamamilə biokimya deyilən elm sahəsinə dayanır.. Hər canlı gözlə görülməyən, molekul deyə adlandırılan elementlərdən ibarətdir. İstilik kimi təsirlər bu elementlərin özəlliyini dəyişdirməkdədir.. Yəni bir canlının çox istiliyə məruz qalması halında molekulyar özəlliyi dəyişir, canlını canlı edən özəlliklər itir. Bu o mənaya gəlir ki kifayət qədər istiliyə məruz qalan hər canlı ölür.. Bu səbəbdən cərrahların istifadə etdiyi əməliyyat alətləri yüksək dərəcədə istiliyə məruz buraxılır. Buna elmi ədəbiyyatda sterilizasiya deyilir. Dəniz anaları kimi bəzi canlılar təbii yaşayış mühitlərinə müdaxilə edilmədiyi zaman çox uzun yaşaya bilirlər, ancaq bu yuxarıdaki mənada ölümsüzlük demək deyil. Bəzi elm adamları buna bioloji ölümsüzlük desə də, bu hələki elmi olaraq isbatlanmış bir şey deyil..

Və sonda bütün bu analizləri bir kənara buraxıb, bütün bioloji bilgiləri də boş verib sadəcə fizikaya baxsaq, məsələ aydın olar. Biz bilirik ki, günəşimizin 5 milyarda yaxın bir ömrü var. Yer kürəsindəki həyatın günəşə bağlı olduğunu nəzərə alsaq axır əvvəl dünyadaki canlılığın sonu gələcək, hətta bir gün kainatımızın da sonu gələcək. Dolayısı ilə Qurandaki hər canlı və ya ruh ölümü dadacaq ifadəsini heç cür çürüdə bilməz, Cənab Şəngör….

Xətalı danışan kimdir burda? Hər vicdanlı insandan soruşuram..


[1] bbc earth, Big questions – 15 jun 2015

[2] Aging and Death in an Organism That Reproduces by Morphologically Symmetric Division 2005

[3] Temporal Dynamics of Bacterial Aging and Rejuvenation Current Biology, 27 October 2011

[4] Ali-İmran: 185

[5] Razi, Təfsiru Kəbir, VII/253