Aprel 4, 2019

Erkək fərdi olmadan çoxalan mutant xərçəng dünyanı “zəbt edir”

Erkək fərdi olmadan törəyə bilən dişilərdən ibarət olan və yalnız 30 illik keçmişə sahib yeni bir xərçəng növünün sürətlə çoxaldığı və dünya müstəvisindəki ekosistemleri işğal etməyə başladığı ifadə edildi.

Yeni araşdırmaya görə “Xallı xərçəng” adı verilən növün mənşəyi, DNT-sindəki bir mutasiya sayəsində tək başına törəyə bilən bir tək dişiyə söykənir.

Xallı xərçəngin evlərdə bəslənməməsinə dair xəbərdarlığa baxmayaraq Kanadada satılır.

10 ayaqlı mutant növ Avropa Birliyi tərəfindən qadağa edilib.

Elmi adı Procambarus virginalis olan növ daha 30 il əvvələ qədər yox idi. Ancaq indi Yaponiya, Madaqaskar, İsveç və ABŞ-da vəhşi təbiətdə görülür.

Nature, Ecology and Evolution (Təbiət, Ekologiya və Təkamül) adlı elm jurnalında dərc olunan araşdırmada xallı xərçənglərin, Madaqaskardakı yerli xərçəng növlərini təhdid etdiyi ifadə edildi.

Araşdırma qrupundan Dr. Volfqanq Steyn Kanada dövlət televiziyası CBC-də etdiyi şərhdə “Bir xallı xərçənginiz varsa, üç ay sonra 200 ya da 300 dənə olar”,-dedi. Əslində, bu şirin su xərçənginin necə tək başına törədiyini araşdıran elm adamları, xərçəngin necə yayıldığını daha yaxşı anlaya bilər.

Xallı xərçənglər Kanadadakı ev heyvanları dükanlarından ya da internetdə alına bilinir. İnternetdəki bir elanda, satıcı bir kiçik xallı xərçəngi pulsuz verərkən, bir az daha böyük beş xərçəng üçün 20 Kanada dolları istəyir.

Kanadada bu anda vəhşi həyatda xallı xərçəng tapılmır. Ancaq səlahiyyətlilər bu canlıları təbiətə salmanın qeyri-qanuni olduğu xəbərdarlığını edir.

Mutant xərçəng: Necə çoxaldılar?

Hər şey 1990-cı illərdə Almaniyadakı bir ev heyvanları dükanında başladı. Floridaya xas olan markalı xərçəngin bir dişisi əlavə bir xromosom silsiləsi ilə dünyaya gəldi.

Beləcə erkək fərdi olmadan törəməyə başladı. Bu dişidən doğan xərçənglər də hər səfərində yüzlərlə yumurta çıxardılar.

Bu genetik baxımdan bir-birinin kopyası olan xərçənglər, xüsusilə Almaniyadakı akvarium tutqunları arasında böyük marağa səbəb oldu.

Ancaq növ yalnız bir neçə ay içində həddindən artıq bir şəkildə törəyincə, insanlar xallı xərçəngləri Avropadkı göllərə buraxdılar.

Madaqaskarda da ucuz bir zülal qaynağı olaraq ölkəyə gətirilən xərçənglər bu anda yerli növləri təhdid edər hala gəldi.

Avropada və ABŞ-ın iki əyalətində xallı xərçənglərə qadağa gəldi. Ancaq növ, vəhşi təbiətdə törəməyə davam edir.