Aprel 2, 2019

Eynşteynin “Ümumi Nisbilik Nəzəriyyəsi”ni toqquşan ulduzlar belə çürüdə bilmədi

Eynşteynin nisbilik nəzəriyyəsi, müasir kəşflərlə girdiyi bir mübarizədən daha qalib ayrıldı.

Cazibə qüvvəsi olduqca maraqlı bir faktdır, işıq kimi dalğalar halında yayılmasına baxmayaraq, işıqdan fərqli olaraq müşahidə edilə bilinmir. Bu dalğaları yalnız çox böyük hadisələrin ardından aşkar bir şəkildə fərq edə bilirik. İnsanlıq olaraq cazibə dalğalarını ilk dəfə görməyimiz 2015-ci ildə oldu. Tək bir hadisədə həm cazibə dalğalarını, həm də işıq dalğalarını müşahidə etməyimiz isə yalnız bir dəfə yaşandı. O da 2017-ci ildə reallaşan və iki neytron ulduzunun toqquşduğu hadisə idi.

İlk olaraq 1 Noyabrda meydana çıxan bir araşdırmaya görə elm adamları bu toqquşmadan əldə edilən məlumatlardan istifadə edərək bəzi işlər iddialar irəli sürdülər. Bu iddialarda ilk olaraq bir “cazibə sızıntısı” axtaran araşdırmaçılar, cazibənin daha üst ölçülərə çata biləcəyini düşünürdülər. Bu vəziyyətdə cazibənin güc itkis işıqdan daha çox olmalı idi. Toqquşan neytron ulduzlarından gələn məlumatlar araşdırıldığında, belə bir vəziyyətin mümkün olmadığı ortaya çıxdı.

Araşdırmaçılar ayrıca qraviton adlı hissəciyi  görməyə çalışdılar. Bu nəzəri hissəcik, kütlə cazibəsini və yer cazibənini təmin edir. Əgər bu hissəciklərin kütləsi varsa, digər hissəciklər kimi mərkəzəqaçma qüvvəsinə qapılaraq, daha böyük hissələr meydana gətirə bilərlər. Nəticə olaraq araşdırmaçılar belə bir hissəcik ya da belə bir mərkəzəqaçma hərəkəti təyin edə bilmədilər.

Eynşteynin ümumi nisbilik nəzəriyyəsi hələdə keçərli olaraq qalır. Son araşdırmalar da Eynşteyni haqlı çıxardı. Bəlkə bir gün bu vəziyyət dəyişəcək, ancaq hələlik çətin görünür. İki neytron ulduzunun toqquşması belə Eynşteyni məğlub etməyə etməyə yetmədi.