Aprel 28, 2019

Filippində yeni insan növü tapıldı

Filippinin Luzon adasında nəsli tükənmiş yeni bir insan növü tapıldı.

Adadakı bir mağarada olan 13 sümük və diş qalığı, “Homo luzonensis” adı verilən yeni növün ilk insanlarla daha yaxın dövrdə yaşamış insanlarınkına bənzər fiziki xüsusiyyətlərə sahib olduğuna işarə edir.
Elm adamlarına görə bu görüş ilk insanların Afrikadan Cənub Şərqi Asiyaya uzanan bir səfərə çıxdığının da göstəricisidir.
Araşdırmaçılara görə dişlər və skelet parçaları, bölgədəki təkamül müddətinin düşünüləndən çox daha kompleks olduğunu və ilk insanların gəldiyi dövrdə burada üç-dörd növün daha olduğunu göstərir.

Sümüklər 50-67 min il əvvəlinə aiddir
Bu növlərdən biri “Hobbit” adı verilən və 50 min il əvvələ qədər İndoneziyanın Flores adasında yaşayan Homo floresiensisdir.
Elm jurnalı “Nature”də yer alan tapıntılara görə, Kalao mağarasında olan skelet parçaları və dişlər, 50 min və ya 67 min il əvvəlki bir dövrdə yaşamış üç yetkin və uşağa aiddir.
Olan parçalar arasında dişlərin yanında əl və ayaq sümükləriylə qırıq bir omba sümüyü də var.
Mütəxəssislərə görə, “Homo luzonensis” yaxın zamanda yaşamış insanlarınkına bənzər fiziki xüsusiyyətlər göstərir.
Ancaq bu cür, Afrikada 2-4 milyon il əvvəl yaşayan və iki ayağı üzərində gəzən meymuna bənzər Avstrolopiteklər və Homo növünün ilk üzvlərindəkinə bənzər xüsusiyyətlər də daşıyır.
Homo Luzonensisin əl və ayaq barmaqlarının forması dırmaşmanın əhəmiyyətli bir fəaliyyət olduğuna işarə edir.
Dırmaşma Avstrolopitekin də ən diqqətə çarpan xüsusiyyətləri arasında yer alır.
Elm insanlarına görə, Avstrolopitek bənzəri bir növün Cənub Şərqi Asiyaya çatmış olması insan ailəsi ağacında Afrikanı ilk kimin tərk etdiyinə bağlı tezisləri dəyişdirə biləcək xüsusiyyətdə bir inkişafdır.
Daha əvvəl Homo erektusun Afrikadan ayrılan ilk növ olduğu düşünülürdü.
Luzon adasına yalnız dənizdən çatıla bilməsi insanların bura necə gəldiyi mövzusunda da sual işarələri doğurur.