Aprel 25, 2019

Fransa silahlarının Yəməndə istifadə olunmasından yazan jurnalistlər istintaqa cəlb olundular

Eastnews.org-un verdiyi xəbərə görə, Fransada 3 jurnalist bu ölkənin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə satdığı silahların Yəməndə istifadə olunmasıyla bağlı xəbər yazdıqlarına görə istintaqa çağrılıblar.  

Jurnalistlərin milli təhlükəsizlik sirrini ortaya çıxarmaqda ittiham olunduğu açıqlanıb.  

Fakt barədə jurnalistlərin çalışdıqları “Arte Info”, “Disclose” ve “Konbini” ortaq bəyanat yayıblar.  

Bəyanatda jurnalistlərin istintaqa çağırılmaları qınanılıb.  

Qeyd olunub ki, Müdafiə Nazirliyinin şikayətindən sonra 3 jurnalist Daxili Kəşfiyyat Xidmətinə dəvət olunublar.