Sentyabr 21, 2020

GEBBELSİN BÖYÜK YALAN NƏZƏRİYYƏSİ, QƏRB MEDİASI VƏ İRAN

Müəllif: Ziya Balıyev

“Mənə vicdansız bir media verin, sizə düşünməyən bir cəmiyyət təqdim edim.”,- deyir Yozef Gebbels. Böyük Yalan nəzəriyyəsi məşhur alman propaqandaçısı Gebbels tərəfindən ortaya atılmışdır. Nəzəriyyənin kökündə dayanan əsas nüans bundan ibarətdir ki, bir fikir nə qədər absurd və yalan olursa olsun, çox təkrarlandığında insanlar tərəfindən həqiqət kimi qəbul edilir. Gebbels 1945-ci ildə Hitlerin ölümündən sonra intihar etsə də, onun bu nəzəriyyəsi sonradan böyük şöhrət qazandı. Hazırda da dünya mediası Gebbelsin nəzəriyyəsi əsasında işləyir.

Йозеф Геббельс.

Medianın dünyada əsas gücə çevrilməsinin çox maraqlı bir hekayəsi vardır. Konqo 1885-ci ildə Belçika kralı olan İkinci Leopoldun şəxsi mülkü idi. Buranı istədiyi kimi idarə edir, istədiyini öldürür, istədiyinə işgəncə verirdi. Leopold Konqoda əhaliyə kauçuk yığdırır, günlük rejimi doldurmayanlar isə cəzalanır, əlləri və ayaqları kəsilirdi. Minlərlə insanın əlləri və ayaqları kəsildi. Dünya həmin günlərdə Konqonu görmürdü. Nəhayət Ensala adlı bir kəndli çarəsiz qalaraq Alisin yanına gəlir. Alis Heris bu dönəmdə Konqoya gəlmiş islahatçı missioner idi. Ensala onun yanına gəlir və əlindəki bağlamanı açır. Bağlamanı görən Alis şoka düşür. Bağlamadakı Ensalanın balaca qızının kəsilmiş əlləri və ayaqları idi. O zaman Alis bu fotonu çəkir; Qızının kəsilmiş əllərinə baxan çarəsiz ata. Bundan sonra Alis Heris bütün kəndlilərin şəkillərini çəkir və dünyaya yayır. Bütün dünya, içlərində Mark Tven də olmaqla Leopolda qarşı çıxır və Leopold 1908-ci ildə Konqodan çəkilir. Bu dönəmdən sonra media dünya siyasətində ön plana çıxır.

Anti-Slavery.

Çox maraqlıdır ki, medianın əsas gücə çevrilməsi məzlumların haqqının müdafiəsi sayəsində olsa da, hazırda bundan istifadə edən zalımlardır. Bugünkü günümüzdə qərbin zalım gücləri medianı əsas güc kimi istifadə edir, zalımları haqlı, məzlumları isə haqsız kimi təqdim edir cəmiyyətə. Gebbelsin də dediyi kimi, vicdansız media düşünməyən bir toplum yetişdirir. Media hazırda o qədər böyük gücə malikdir ki, dünya insanlarını demək olar ki, düşüncəsiz topluma çevirib. Hazırda bir çox insan medianın sırıdığı yalanları şübhəsiz həqiqət kimi qəbul edir, sorğulamağa belə əsas görmür. Müasir dönəmdə medianın ən çox hücum çəkdiyi ölkələr müsəlman ölkələridir. Bu ölkələrin ən başında gələn isə İran İslam Respublikasıdır. 1979-cu ildə baş tutan İslam inqilabından sonra qərbin bütün media gücü İrana tərəf yönəldi və günümüzə qədər əsas hədəf kimi İranı görür. Bu yazıda əsasən İrana tərəf yönəldilmiş böyük yalanlara və onların yalan olduğuna diqqət çəkməyə çalışacağıq.

İran haqqında demək olar ki, hər gün qarşımıza dezo informasiyalar çıxır. Bu informasiyalar hansısa saytlar tərəfinfən və sosial şəbəkələrdə şəxslər tərəfindən tirajlanır. Bunların əsası məqsədli şəkildə edilsə də, bir neçə paylaşımdan sonra məqsədsiz formaya çevrilir. Yəni, bir neçə fərd planlı formada yalan uydurub paylaşır və digər şəxslər bu böyük yalanı həqiqət kimi qavrayır. Ölkəmizdə bu cür əməlləri tutanlar daha çox Meydan TV, Azadlıq radiosu və.s. kimi qərbdən bir başa maliyyələşən media qurumlarıdır. Bu qurumlar Azərbaycan dövlətinin İranla yaxınlığından narahatlıq hiss edir, İranla yaxınlıq edən bütün dövlətlərdə bu ölkəyə qarşı mənfi düşüncə yaratmağa çalışırlar. Bu xəbərlərdən sadəcə bir neçəsinə toxunaraq, onların yalanlarını sizə təqdim edək.

1. İran Qarabağ müharibəsində Ermənistana yardım edib.

Hər halda İran haqqında bu günə qədər eşitdiyiniz ən məşhur yalan budur. Bu yalanla xalqın ən həssas məsələsinə, Qarabağ məsələsinə toxunaraq, insanlarda “İran bizim düşmənimizdir” təəssüratını yaradırlar. Bu məsələ tamamilə yalandır və Qərb mediasının bir propaqandasıdır. Doğrudur, Əbülfəz Elçibəy dövründə Azərbaycan və İran arasında münasibətin gərgin olduğu dönəmlər olub. Halbuki, bu dönəmdə belə İran hökuməti Azərbaycana yardım təklif edib.[1] Ardından Heydər Əliyevin hakimiyyətə gəlməsilə İranla Azərbaycan arasında bütün buzlar əridi. Heydər Əliyevin hakimiyyətə gəlməsi bu məsələdə olduqca müsbət nəticələr ortaya qoydu ki, bu dostluq günümüzdə də davam etməkdədir. Ümumilikdə İran Azərbaycana hansı yardımları edib deyə sual etsəniz, cavab verək:

1. Azərbaycana ilk humanitar yardımı İran edib.[2]

2. Azərbaycanlı əsgərlərə hərbi təlimi İranlı hərbiçilər verib.[3]

3. Əfqanistanlı mücahidləri Qarabağda döyüşmək üçün Azərbaycana keçirən İran idi.[4]

4. Naxçıvanın blokadada olduğu dönəmdə ərzaq yardımını İran edib.[5]

5. Azərbaycanlı qaçqınları sərhədi açaraq ölümdən xilas edən İran idi.[6]

Bunun kimi yüzlərlə fakt saymaq olar ki, İran İslam Respublikası Azərbaycana yardım edib. Ermənistana yardım etməsilə bağlı isə bir dənə belə fakt yoxdur (istər Ermənistan, istər İran mənbələrində).

From talk of the President of the Republic of Azerbaijan Heydar Aliyev with...

2. İranlı general şəhid Qasim Süleymani Qarabağ döyüşlərində Melkonyanla görüşüb və Ermənistana yardım edib.

Qasim Süleymani şəhid olduqdan sonra dərhal Azərbaycan onun haqqında xəbər yayıldı. Qasim Süleymaninin bir fotosunu yayaraq qeyd edirdilər ki, erməni terrorçu Melkonyalna bir yerdə şəkil çəkdirib.[7] Bu xəbəri yayanlar bunu məqsədli şəkildə yaymış, rəngli fotonu ağ-qara edərək daha da inandırıcı hala salmağa çalışmışdılar. Çox təəssüflər olsun ki, bu dezo informasiyaya inanan minlərlə insan var idi. Halbuki, ən primitiv düşüncəyə sahib insan belə bilir ki, Melkonyan Qarabağ döyüşlərində məhv edilib, o dönəmdə isə Qasim Süleymani gənc oğlan idi. Fotoda Süleymaninin yanında dayanan şəxs İranlı şəhid Muhəmmədhüseyn Muhəmmədxanidir.[8] Melkonyanla yaxından uzaqdan əlaqəsi yoxdur.

Süleymani haqqında yayılan başqa xəbər də, güya onun əsgərlərinin Ağdərədə bizim hərbiçilər tərəfindən tutulması idi. Bu barədə isə daha ətraflı yazdığımız “Fəhmin Hacıyev kimdir?” adlı yazıdan oxuya bilərsiniz.[9]

زندگی نامه شهید مدافع حــــــــــرم محمد حسین محمد خانی :: مدافعان حرم  (پروانه های شهر دمشق)

3. İranda döyməyə görə gənclər edam edilirlər.

Türkiyənin məşhur xəbər kanallarında iranlı gənclərin edam ediləcəyi ilə bağlı xəbər paylaşılırdı. Türkiyəyə sığınan iki iranlı gəncin videosunu paylaşan xəbər kanalları belə bir iddiada idilər.[10] Halbuki, İranda yüzlərlə döyməli insan var və buna görə heç kim öldürülmür. Təkcə futbola baxan şəxslər bilir ki, İran milli komandasında belə döyməli futbolçular var. Bu barədə təkcə Dejaqanı misal çəksək, kifayətdir.[11]

Iran training before 2018 FIFA World Cup qualification match against Qatar, Sanat Naft Training Complex 06.jpg

4. İranda ateistlər öldürülür.

İranda dinsizlərin öldürülməsi Qərb mediasının sırıdığı ən böyük yalanlardan biridir. İranda heç bir insan dinsiz olduğu üçün öldürülmür. Hətta İranda Bertran Rassel kimi ateistlərin kitabları da çap olunur və satışa buraxılır.[12] İranda cəza ancaq dini təhqir edən şəxslərə tətbiq edilir. Əks təqdirdə kimsə dinsiz olduğu üşün öldürülmür. Əlavə olaraq, “NASR TV”nin İranda bu mövzuda sosial eksprimenti də var idi ki, bu ölkədə dinsizlərə qarşı təzyiqin olmadığını aşkar formada ortaya sərir.[13]

کتاب مسئله چین;

5. İranlı dövlət adamlarının övladları Qərb ölkələrində açıq saçıq geyinir, lakin İranda qadınlar örtünürlər.

Növbəti qaralama oyunlarından biri də, güya general Fərhad Kiyanfərin qızı Sədəf Kiyanfərin açıq-saçıq fotolar paylaşmasıdır. Bu tamamilə yalandır. Əvvəla şəkildə paylaşılan general heç Fərhad Kiyanfər deyil. Bu adam Seyyid Rabi Mir Qurbanidir. Fotodakı qız da Sədəf Kiyanfər deyil, Kanadada yaşayan idmançı Faezeh Samaeitehranidir.[14] Sədəf Kiyanfərin adından saxta profil açaraq Faezehin fotolarını yerləşdiriblər.

6. İranlı İslam alimləri Qarabağda öldürülmüş ermənilərin məzarını ziyarət edirlər.

İranda erməni məzarlarını ziyarət edən şəxslərin fotolarını paylaşıb yazıblar ki, güya İranlı İslam alimləri Qarabağda ölmüş ermənilərin məzarını ziyarət edib. Əslində isə bu foto İran-İraq (1980-1988) müharibəsində vəfat etmiş erməni əsilli iranlıların məzarıdır.[15] Bu insanlar İranda doğulub və İran üçün canlarından keçiblər. Bu müharibədə ermənilərlə yanaşı vəfat etmiş Azərbaycan əsilli insanlar da var. Bu insanların məzarını ziyarət etmələri də olduqca anlaşılan bir haldır. Bizim üçün yəhudi Albert, rus Kovalyov nə deməkdirsə, onlar üçün də başqa millətlərdən olan qəhrəmanları o deməkdir.

Bunun kimi daha yüzlərlə məsələni sadalamaq olar ki, aşkar formada yalan olsa da, insanlara həqiqət kimi sırımağı bacarırlar. Sonda sizə Türkiyəli jurnalist Yaqub Aslanın İrana dair bütün yalanları aradan qaldıran “İranda türk olmaq” adlı sənədli filmini təqdim edirik:

https://www.youtube.com/watch?v=W4La92yPRmg


[1] https://www.youtube.com/watch?v=HnmM5DaMeXI

[2] https://www.youtube.com/watch?v=TAKgZRmxQlM

[3] https://www.youtube.com/watch?v=-B3lMlDoUws

[4] https://www.youtube.com/watch?v=8Cnn3WONSQg&t=100s

[5] https://www.youtube.com/watch?v=gcjiNHgat1Q

[6] https://www.youtube.com/watch?v=ThlVjJaJlg8

[7] https://oxu24.com/az/redaktor-secimi/22122/suleymaninin-melkonyanla-fotosu-yayildi/?fbclid=IwAR3rQMV9amyaEmJjBNusTxm1BEl9b2hwkuLxNWc8lt6MS3XZzryTnfBXdxg

[8] http://ehavadar.com/fa/news-details/125787/زندگینامه-شهید-حسین-محمد-خانی%7Cشرط-مسلمانی-در-وصیت-نامه-شهید-محمد-محمدخانی+-عکس-صوت/?fbclid=IwAR3_TSzVoDUenPlwzTHeK36RFw4ErIDnOqgRGxV7cpE4f-ozg5Fnzgib4Og

[9]https://m.facebook.com/story/graphql_permalink/?graphql_id=UzpfSTEyMjE5NzA5OTc5MzM5NDk6MTk2MjI0NjUyMDU3MzA1Ng%3D%3D

[10] https://www.youtube.com/watch?v=Y02yZDbYFQw

[11] https://ru.wikipedia.org/wiki/Дежага,_Ашкан

[12] https://www.iranketab.ir/book/6047-the-problem-of-china

[13] https://www.youtube.com/watch?v=PdJW4CU6ruI

[14] https://www.instagram.com/faez_fit/

[15] https://www.tasnimnews.com/fa/news/1394/11/15/991508/مراسم-گلباران-مزار-شهدای-ارامنه/photo/22?fbclid=IwAR0XWePw-AVdJ7hKQVk7zMBQum-xslrGMFn1g_RYotmflLbC7wdcYJeL0Qk