Mart 16, 2019

Google işçisi Pi`nin 31,4 trilyon pilləsini hesablayaraq dünya rekordu qırdı

Google`da işləyən Emma Harukonun 121 gün boyunca davam edən prosesdə Pi`nin 31,4 trilyon pilləsini hesablamağı bacarması onu dünya rekordunu qırmağa apardı.

Hər il mart ayının 14-ü Dünya Pi günü kimi qeyd edilir. Ümumi olaraq Pi dairənin uzunluğunun diametrinə olan nisbəti olaraq irrasional bir rəqəm olmaqla birlikdə sonsuza qədər davam edir. Buna görə Pinin alt pillələrini hesablamaq xeyli çətindir.

Dünya Pi günündə xüsusi olaraq bloq paylaşan Google, işçisi Emma Harukonun 31,4 trilyon pilləli versiyasını hesablamağı bacararaq Ginnesin rekordlar kitabına düşməyə layiq olduğunu bildirdi. Emma Pi rəqəminin bu qədər pilləsini hesablamaq üçün Google`un bulud hesablama sistemindən istifadə etdi.

Emma eyni zamanda yeni hədəfinin Pi`nin daha çox alt pillərini hesablamaq olduğunu deyərkən “Pi-nin sonu yoxdur. Yeni alt pillələri tapmağı çox istərdim” ifadəsini də əlavə edib.