Sentyabr 11, 2019

Hacı Şahin Həsənli – Xanım Zeynəb Haqqında

Deyirəm  kaş olardıq Kərbəlada, heç olmasa bu gecə xanım Zeynəbə kömək edərdik. Ən çox köməyə ehtiyacı olduğu gecədir bu gecə. Uşaqları bir-bir o sakit edir, aram edir. Gözünüzün yaşı quruyubsa quruyub, bilmirəm ağlaya bilənlər də ağlasın, sakit otursun yerinde sızıldasın. Xeymələr dairəvi idi. Arxadan qaçış yeri yox idi. Uşaqlar da ancaq “can” deyib “can” eşidiblər. Hüseynin uşaqlarına “gözünün üstündə qaşın var” deyən olmayıb. Nəvazişlə  böyüyüblər, mehr-məhəbbətlə böyüyüblər. Düşmən özü danışır. Deyir, “hücum etdik onlara. Bizim qabağımıza qaçdılar.” Gözləmirdilər uşağı kimsə döyər, o uşaq ki  həmişə ata-anasından  mehr-məhəbbət  görür, o bilmir axı uşağı döymək olar. Deyir, “onlar bizə tərəf qaçanda biz qamçıları çıxartdıq.” Bir alçaq danışır ki, “bir oğlan uşağı mənə tərəf qaçdı. ( Müslimin uşaqlarındandır deyirlər). Qılıncımı çıxartdım iki yerə böldüm.” Küfrün çirkabına baxın, imansızlığın çirkabına baxın. Hüseyn  balalarını buna görə qurban verdi ki, nəhayət bilək bunlar necə rəzildirlər. Oxun, nizənin qabağına verdi. Uşaqların hamısı pənah aparır Xanım Zeynəbə. İndi bax Zeynəbin vəziyyətinə. Bilmir necə sakit eləsin. Birini aram eləyir o biri ağlayır, birini sakitləşdirir o biri ağlayır. Bu saatlar idi  Hüseynin balaları dağılışımışdılar Kərbəla səhrasına. At qabağında onları qaçırdırdılar. Heç vaxt görmədikləri günlər idi. Qamçıyla döyürdülər. Deyir Kərbəlanı “atacan, əmican” fəryadları  bürümüşdü. Atalarından cavab görməyənlər  bibilərinə pənah  aparırdılar. İmam Hüseynin bir qızı var Fatimə adında. Bir alçaq bərk vurdu uşağı, huşunu itirdi yıxıldı yerə. Uşaq özü danışır ki, “gözümü açanda gördüm bibim Zeynəb alıb məni qucağına basıb bağrına.” Hz.Zeynəbin halını təsəvvür edin. Deyir o namərd də hücum eləyir, Xanım qolunu verir qabağa. Gözümü açanda gördüm bibim ağlaya-ağlaya dedi: “Qızım narahat olma, bibini də sənin kimi döyüblər.” Döyülməyi ilə təsəlli verirdi uşaqlara. Bu gecəydi ki çadırlara od vurdular. Qız uşaqlarının ətəyi od tutub yanırdı. Uşaqlar qaçırlar odu söndürməyə. Bir nəfər deyir getdim ürəyim yandı Hüseynin qızına yaxınlaşdım ətəyinin odunu söndürüm. Məni görəndə əlini qoydu başına. Dedim “qızım vurmağa gəlməmişəm.” Uşaq dedi “yorulmuşam”, dedim “gəlmişəm ətəyinin odunu söndürüm.” Deyir özü öz əliylə odunu söndürür. Sonra deyir “su verdim ona. Suyu verəndə mənə baxdı. Gördüm üz tutdu xeymələrə tərəf.” Soruşdum “qızım hara gedirsən?” Dedi “balaca bacım  xeymədə susuzluqdan yanır aparım ona verim.” Dedim “qızım suyu qadağan etməyiblər, suyun qabağı açılıb içə bilərsən.” Dedi “onda gördüm su qabı əlində başını aşağı salıb yavaş-yavaş gedir qətlgaha tərəf, atası Hüseynin cənazəsinə tərəf. Ata- ya Hüseyn sənə su gətirmişəm.”

Biri şeir yazıb şair təxəyyülünün məhsuludur amma həqiqətdən də uzaq deyil. Karvan gedib qızlardan biri düşüb qalıb çöldə. Ayılıb gördü karvan gedib. Sağa-sola  neçə dəfə “əmmə, əmmə” səslədi, qaçdı, deyir bibisini çağırdı.  Səsinə səs verən olmadı. Üzünü dolandırdı Şamın yoluna “bibi heç qardaşın qızı deyiləm?. Axı Mədinədən Kərbəlaya yol yoldaşı olmuşuq, bəs məni niyə qoyub getdin qorxulu çöldə?” Deyir qaçdı-qaçdı yoruldu kəsildi çarə o yorgun bala yol üstə oturdu.  Üzünü dolandırdı Şamın yoluna. “Hayandasan Əli  (qardaşı Əli Əkbəri çağırdı) İstəklin oldu çöllər əsiri. Gəl gör yaman günə qalmışam.” Şair yazır ki Zəhra Behiştdə qala bilmədi. Gəlib o xırda qızın başını dizi üstünə aldı. Nənəsi  Zəhra gəldi. (Doğurdan neçə dəfə Zəhranın nalə səsi eşidilir) Şair bunu nəzmə çəkib deyir, “qızım ağlama, balam ağlama.” Sığal çəkir deyir, “məzlum Hüseynim vay, məzlum Hüseynim vay.” Ruqəyya da baxır deyir, “İlahi bu xanım kimdi qorxulu çöldə gəldi başımı aldı dizinə, məni aram elədi. Qərib atamın adını əzbər edib dilində elə hey başıma sığal çəkir, deyir məzlum Hüseyn vay.” Saçını ayıranda üzünün göyərtisi  görsəndi. “Gözəl balam de görüm, üzünə kim vurub?” Danışdırır uşağı. Uşaq baxır, deyir, “Xanim biz Peyğəmbər ailəsiyik. Bizi əsir eləyiblər. Soyulmuşam heç nəyim yoxdur, yoxsa bu yaxşılığına görə sənə mükafat verərdim. Çox sağ ol ki məni bu qorxulu çöldə tək qoymadın.” Bunu deyir Xanım Zəhra ağlayır. Uşaq baxdı, dedi, “Xanım mən ağlayıram atamın başını vurublar nizəyə. Səndən sualım var, sənin kimin ölüb, sən niyə yana-yana ağlayırsan?” Zəhra burada dözə bilməyib dilə gəldi. Cavab verdi: “Mənə Fatimə deyərlər əzizim. Mən sənin nənən Fatiməyəm. Gəl qucağıma səni aram eləyim. Gördüm ki bibindən şikayət elədin. Bibindən etmə gilayə qızım, bibində nə çarə?” Onda uşaq  baxdı dedi, “bibi gedən yollarına ürəyi yaralı balan qurban olsun.” Bu yerdə Zəcr gəlir qamçını çıxardır döyə-döyə onu aparır. Xanım Zeynəbə deyir:  


Bibi,gəldim ki,olam qafileyi qəm sorağında
Açdım gözümü bu gecənin qəmli çağında
Gördüm özümü bir xanım orət qucağında
Zülfü ağ idi,məcəri qarə,üzü nili
Dəymişdi bu biçarəyədə mən kimi sili
Pəhlu-sinə qoymuşdu əlin,əşkin ələrdi
Hər ləhzə oğul, vay deyib ağlardı, mələrdi
Odlu nəfəsindən ATAMIN ətri gələrdi
Bir oxşamadı lan tanıdım suzi dilindən
Bildim ki, nənəm FATİMƏDİ, öpdüm əlindən
Bəxtim mənə yar oldu, fələk qoymadı amma
Bir bikəs nənəm gəldi mənim dadıma yetdi
Zəcrin səsin aldı, Oda bilməm hara getdi     

Deyir burda bibisindən şikayət elədi, amma Şamda o yaralı baş xərabəyə daxil olanda gəldi dedi: “atacan Allah bibim Zeynəbdən razı olsun. Mənə qamçı  vuranda o qədər qolunu verib qabağına heç xəcalətdən üzünə baxa bilmirəm.” Bilirsiz xanım Zeynəb o xərabədə uşağı dəfn eliyəndə heç kəs yasa gəlmədi. Kənarda dayanıb əl çaldılar, bayram etdilər.