Avqust 25, 2019

Himalaylardakı “Skelet gölünün” sirrini daha da artıran bir araşdırma edilib

Himalayalardakı insan qalıqları olan bir göl edilən DNT araşdırmalarının ardından daha sirrli bir hala gəldi. Elm insanları, ölən bədənlərin burada 1000 ildən çox zaman keçirdiyini söyləyir.

Himalayalarda on illərlə əvvəl kəşf edilən bir göl insan qalıqlarıyla dolu olmasıyla diqqətləri üzərinə yığmışdı. Daha əvvəl ‘Skelet Göl’ adı verilən göl, 9-cu əsrdə yaşanan qəribə və anlıq bir fəlakətin ardından ortaya çıxmışdı.

Yeni bir araşdırma isə bölgədə olan qalıqların 9-cu və 19-cu əsr arasında müxtəlif hadisələrdə ölən insanlara aid olduğunu ortaya çıxardı. İşi daha da sirrli hala gətirən isə bu qalıqların bir qisiminin Aralıq dənizi insanlarına aid olması oldu.

Göldəki skeletlərin çoxu başının arxasına sərt bir cisimlə zərbə almış və kəllələri qırılmış cəsədlərdən meydana gəlir. Bunların böyük qisimi yumru və sərt bir cismin yuxarıdan düşməsiylə ortaya çıxır. Hindistanın “Birbal Sahni” İnstitutundan araşdırmaçı Nirac Ray, “Roopkund Gölü uzun müddətdir ölənləri bura nəyin gətirdiyi və necə öldükləri mövzusunda söz-söhbətlərə səbəb olur” deyir.

Gölü 1942-ci ildə İngilis birlikləri tapmışdı. Birlik üzvləri göldəki qalıqların yapon hərbi qüvvələri tərəfindən öldürülən insanların qalıqları olaraq düşünmüşdü. Daha sonrakı araşdırmalar isə göldəki qalıqların çoxunun 9-cu əsrdəki gözlənilməz fəlakətdən qaynaqlandığını ortaya çıxardı.

Nature Communicationsda yayımlanan bir araşdırmaya görə isə cəsədlərin 72-si, 17-ci və 20-ci əsr arasında öldürülən iki qrupun üzvlərindən meydana gəlir. Bu insanların Aralıq dənizi və Cənub-şərqi Asiya xalqlarından olduğu düşünülür.

Arxeoloqlar bu insanları bura nəyin gətirdiyini və onları həqiqətdə nəyin öldürdüyünü həll etməyə çalışır. Araşdırmada imzası olan adlardan Harvard Tibb Məktəbindən Deyvid Reyx, gölün tarixinin düşündüklərindən çox daha kompleks olduğunu söyləyir. Bu da sirrli Aralıq dənizi immiqrantlarının kim olduğunu daha da maraqlı bir hala gətirir.