Mart 18, 2019

Hollandiyalı bioloqdan dünyadan kənarda həyatın axtarışı üçün tapıntı

Hollandiyalı bir alimin kəşfi dünyadan kənarda həyatın aşkarlanması mövzusunda ümid verdi.

Amsterdam Azad Universitetində doktorant bioloq Lukas Peti təbii toxumanın işıqda bənzərsiz bir iz buraxdığını kəşf etdi.

Elm adamları bu tapıntını dünyadan kənarda həyatın kəşfi mövzusunda vacib addım olduğunu qeyd edirlər.

Lukas Petinin bu həftə müdafiə etdiyi doktorant tezisinə görə, evdə yetişdirilən bir çiçəyə toxunduqdan sonra əl fənəri ilə ışıq tutularsa, işıq spiralvari hərəkət edər.

İnsan gözü bu dəyişikliyi müşahidə edə bilmir, amma Petinin yaratdığı cihaz sayəsində ilk dəfə bu hadisə müşahidə edildi.

Hollandiyalı bioloqa görə bu spiralvari hərəkət yaşamın xaosu içində bir nizam yaradır. Bir-birinin eynisi olan sağ və sol əlin aralarında güzgü funksiyasını görən Peti, əllər kimi dəqiq simmetriyada olan molekulların tapıldığını bildirir.

Lukas Petinin icad etdiyi cihaz hal-hazırda universitetdə ağacları ölçə bilir. Astrobioloq İnq-Leos Keyt və astronom Frenk Snikə görə bu cihaz sayəsində 20 ilə yaxın müddətdə böyük bir teleskop vasitəsilə dünyadankənar həyat müşahidə ediləcək.

Hollandiyada nəşr olunan Volkskrant qəzetinə danışan Frenk Snik, “Bunu ölçsəniz, həyatı ölçərsiniz”,- deyir. Snikə görə, dünyadan kənarda həyat axtarışında belə bir üsul hələ tətbiq olunmayıb.

Hollandiyalı astronom “İşıq spektrumuna baxdığınızda, atmosfer xaricində oksigen olub olmadığını anlaya bilərsiniz”,- fikirini dilə gətirir.

Astrobioloq İnq-Leos Keyt də inkişaf etdirilən yeni texnikanın dünyadan kənarda həyatın müəyyən olunması mövzusunda ümid verici üsullardan biri olduğunun vurğulayır.

Elm insanlarının hədəfi, Hollandiyalı bioloqun kəşfini 2035-ci ildə dünyanın orbitinə yerləşdirilən bir teleskopla sınamaqdır.