Sentyabr 4, 2018

“Hz.Məhəmməd” adlı karikatura müsabiqəsi ləğv edildi

Hollandiyadakı irqçi lider Vilders tərəfindən elan edilən “Hz. Məhəmməd” adlı karikatura müsabiqəsi ləğv edildi. Müsəlmanların reaksiya göstərməsi nəticəsində Vilders müsabiqəni ləğv edib …

Hollandiyada radikal sağçı “Azadlıqlar Partiyası” (PVV) lideri Qert Vilders tərəfindən keçirilməsi planlaşdırılan ‘Həzrəti Məhəmməd’ mövzulu karikatura yarışması ləğv edildi.
Vilders, ictimai mediadan paylaşdığı mesajda, təhlükəsizlik səbəbiylə karikatura yarışmasını ləğv etdiyini bildirib.Vilders paylaşmasında, yalnız özünün deyil bütün Hollandiyanın təhlükədə olduğunu deyib.Özünün İslama qarşı mübarizəsinin davam edəcəyini və heç bir təhdidin onu dayandıra bilməyəcəyini ifadə edib.

Hollandiya Azadlıqlar Partiyası lideri Qert Vilders, iyun ayında Həzrəti Məhəmməd mövzulu karikatura yarışması keçirəcəklərini açıqlamışdı. Qeydiyyatların 31 Avqustda bitəcəyini və yarışmanın 10 Noyabrda keçiriləcəyini ifadə edən radikal sağçı siyasətçi, 200-dən çox qeydiyyat olduğunu və yarışmada 10 min dollar mükafat veriləcəyini söyləmişdi.

Dünya daxilində Müsəlmanlar yarışmaya böyük reaksiya göstərmişdi.