Aprel 19, 2019

İki qara dəlik toqquşsa nə baş verər?

Kainatın ən sirli və güclü kosmik cisimləri olan qara dəliklərin toqquşmaları gözləniləndən fərqli nəticələr ortaya çıxarır.

Kosmos, qalaktikalar, dünyadan kənar həyatlar, qara dəliklər… Bütün bu başlıqlar əslində insanlığın böyük bir qisiminin maraqla izlədiyi və anlamaq istədiyi mövzulardır. Elmin digər alt başlıqları arasında bu mövzulara nisbətən daha çox maraq duyulmasının səbəbi bəlkə naməlumluğu, bəlkə də sirrli və hələ həll edilməmiş çox ehtimalı ehtiva etməsidir. Şübhəsiz ki elmi fantastika filmlərinin də insanlığın marağı üzərindəki təsiri böyükdür.

Qara dəliklər hələ elm dünyası üçün ovsunlayıcı, lakin bir o qədər də naməlumluqla dolu strukturladır. Zaman-zaman edilən yeni araşdırmalar, Eynşteynin mövzu üzərinə illər əvvəl etmiş olduğu işlərdən kənara gedə bilməyib. 2015-ci ildə isə daha sonra qara dəliklər haqqında məlumat toplanmasına köməkçi olacaq bir hadisə reallaşdı. Biri Luizana digəri Vaşinqtonda olan iki ayrı detektora kainatda reallaşa biləcək ən güclü hadisənin kiçik bir siqnalı gəldi: İki qara dəliyin toqquşması.

Qara dəliklər haqqında demək olar ki, hər kəs bəzi məlumatlara malikdir. Məsələn, ətrafındakı hər şeyi udduğu, ətrafında olan bütün varlıqları içinə çəkdiyi və işığın belə bir qara dəlikdən qaça bilməyəcəyi kimi. Tək başına belə bu qədər güclü bir quruluşun iki dənəsinin toqquşduğunda nələr ola biləcəyi böyük bir maraq oyandırır.

Kosmosda var olan hər şey bir sistem halında hərəkət edir. Eynilə öz günəş sistemimizdə olduğu kimi, planetlər müəyyən orbitlərdə, peyklər planetlərin ətrafında bir ahəng içində hərəkət edirlər. Ulduzlar ikili sistem halında dönür və zamanı gəldiyində biri digərinin enerjisini əmərək öldürür. Dünyaya gələn bu kiçik siqnallar, əslində qara dəliklərin də eynilə ulduzlar kimi bir-birlərinin ətrafında döndüklərini, zaman içində bir-birlərinə doğru çəkildiklərini və birləşərək tək bir qara dəlik meydana gətirdiklərini gözlər önünə sərdi.

Elm adamları indiyə qədər belə bir toqquşmanın çıxaracağı enerjinin dağıdıcı bir təsiri ola biləcəyini nəzərdə tutarkən, əslində bu birləşmə ilə birlikdə yaranan yeni qara dəliyin; iki qara dəliyin cəmindən daha kiçik bir kütləyə sahib olduğu ortaya çıxdı. Kainatı kəşf etmək və bəlkə də indilərdə yalnız nəzəriyyə olan paralel kainatlara keçiş edə bilmək üçün açar olduğuna inanılan qara dəliklərin birləşməsi, yaydıqları cazibə dalğalardan aydın olur. Bu yayılan dalğalar ətrafındakı kosmos-zaman anlayışını da dəyişdirir. Eynşteynin nisbilik nəzəriyyəsinin doğruluğu da bu nöqtədə təsdiqlənmiş kimi görünür.

Elm dünyası gələcək illərdə, qara dəliklər və hərəkət formaları mövzusunda daha çox məlumat əldə edə bilməyi məqsəd qoyur. Bu sayədə kainatın bəzi sirrlərini həll edə biləcəklərinə inandıqları kimi, bəlkə də kainatın davamlı genişləməsinin səbəbini də sonda tapa biləcəklərini ifadə edirlər.