Mart 29, 2019

İnsan beynində dünyanın maqnit sahəsini qəbul edə biləcək reaksiyalar kəşf edilib

eNeuro jurnalında dərc olunan məqaləyə görə insan beyni dünyanın maqnit sahəsini qəbul edə bilir.

Bəzi canlı növlərin dünyanın maqnit sahəsini tapa bildiyi məlumdur. Köçəri quşlar, dəniz tısbağaları və bəzi bakteriyalar üçün maqnit sahəsi bir “yol göstərici” rolunu oynayır.

Yeni bir elmi işə görə insanlar da dünyanın maqnit sahəsini qəbul edə bilir. İnsanların maqnit sahəsini qəbul edə bildyi 1980-ci illərdən bu yana iddia edilsə də araşdırmaçılar ilk dəfə əsaslı dəlil tapmağı bacarıblar. Bu qabiliyyətin təməlində isə beyində yerləşən maqnit parçacıqları odluğu düşünülür.

Edilən təcrübədə 34 iştirakçı ətrafında elektrik yüklü sütunların olduğu qaranlıq bir otağa salınaraq, beyindəki reaksiyaların maqnit sahəsinin dəyişməsinə necə  reaksiya verilməsi yoxlanılıb. Ətrafdakı maqnit sahəsi dəyişdirilib və bu əsnada Elektroensefaloqrafiya ilə Alfa dalğaları adlı beyin dalğalarındakı dəyişiklik müşahidə edilib.

4 iştirakçı maqnit sahəsinin dəyişməsinə reaksiya verib və alfa dalğalarındakı 60%-lik azalma müşahidə edilib. Bu qarşılıqlı təsir ancaq Şimal-Şərqdən Şimal-Qərbə doğru sürüştürüldüyündə müşahidə edilə bilinib.

Ondan  sonra edilən təcrübədə də eyni nəticələr təkrarlanmışdır. Araşdırmaya daxil olmayan elm adamlarına görə bu dörd nəfərin reaksiya verməsi qalan 30 nəfərin reaksiya verməməsindən daha önəmlidir. Beynin fərqli qəbullanma metodları olduğunu söyləyən araşdırmaçılar, bu vəziyyətin bəzi insanların sağ, bəzilərinin isə sol əlindən istifadə etməsinə bənzədiblər.

Bəzi insanlarda bu maqnit sahəsinin qəbul edilməsi, keçmişdə insanların yaşamaq ücün vacib əhəmiyyətə malik olan yerləri tapmaq üçün, vacib bir xüsusiyyətinin olmasından qaynaqlandığı düşünülür. İnsan beynində maqnit parçacıqları bu səbəblə əlaqələndirilmiş olsa da, beynin hər nöqtəsində olduğu üçün bioloji məqsədləri olduğu da düşünülür.