Aprel 4, 2019

İsaak Nyuton – Həqiqi dinin qısa sxemi

Din, qismən təməl və dəyişməz, qismən də təsadüfü və dəyişəndir. İlk din Adəm, İdris, Nuh, İbrahim, Musa, İsa və bütün müqəddəslərin dinidir və iki qisimdən meydana gələr, bizim Tanrıya və insanlara qarşı olan vəzifəmiz, digər bir deyişlə təqva və dürüstlük. Təqvaya mən burada Tanrıya həsr edilmə və insaniyyət deyəcəyəm.

Tanrıya həsr edilmə haqqında

Tanrıya həsr edilmək, Tanrını bilmək, Onu sevmək və Ona tapınmaqdan meydana gələr. İnsaniyyətlik insanlara qarşı sevgi, dürüstlük və yaxşı niyyətdən meydana gələr. Rəbbi, öz Tanrını, bütün ürəyinlə, bütün ruhunla və bütün ağılınla sevməlisən: bu ilk və ən əhəmiyyətli əmrdir, ikincisi də qonşunu özünü sevdiyin kimi sevməlisən. Bütün qanun və peyğəmbərlər bu iki əmrə bağlıdır. (Matda 22) On Əmrin ilk dörd əmrində birincisi, son altı əmrində də ikincisi əmr edilmişdir.

Ateizm haqqında

Ateizm, praktiki olaraq bütpərəstlikdir. Ateizm insanlıq üçün o qədər mənasız və iyrəncdir ki, heç bir zaman çox müdafiəçisi olmamışdır. Bütün quşların, heyvanların və insanların sağ və sol tərəflərinin eyni olması və yalnız iki gözlərinin olması, üzlərinin iki tərəfində başqa göz olmaması, başlarının iki tərəfində yalnız iki qulaq olması və burunlarında yalnız iki dəlik olması, göz arasında başqa heç bir dəliyin olmaması və burnun altında bir ağız olması və iki ön ayaq, və ya iki qanad, və ya çiyinlərində iki əl olması və bir ombanın biri bir tərəfində digəri isə digər tərəfində iki ayaq olması və daha çox olmaması təsadüfən ola bilərmi? Hamısının formasındakı bu nizam bir dizaynerin məqsəd və tənzimləməsi olmadan necə ortaya çıxmış ola bilər? Hər cür canlının gözlərinin kökünə qədər şəffaf olması və gözlərin bədəndə, çöl tərəfində bərk dərilər olan və şəffaf mayelərlə dolu ortada kristal linza olan, həm də hamısının görməyi mümkün edəcək düz şəklə sahib olması, heç bir dizaynerin onları təmir edə bilməməsi nəyə bağlanacaq? Kor təsadüf, işığın var olduğunu və onun qırılmasını bilirdimi ki, bütün varlıqların gözlərini bunu qəribə bir şəkildə istifadə edəcək şəkildə təşkil etdi? Bu və bunun bənzəri düşüncələr hər vaxt insanoğlunu hər şeyi yaradan, hər şeyə gücü çatan və ona görə qorxulması lazım olan bir varlığın olduğuna razı salmışdır və hər vaxt razı salacaq.

Bütpərəstlik haqqında

Bütpərəstlik daha təhlükəli bir günahdır, çünki kralların nüfuzu buna meyllidir və çox yanıldıcı nümayişlərlə insanlığa bunu eyham edirlər. Kralların ölü atalarına edilən hörmətə qarşı zəiflikləri vardır: Qəhrəmanların ruhuna hörmət etmək və onların bizi eşidib bizə kömək edə biləcəklərinə inanmaq və onları Tanrı ilə insan arasında vasitə olaraq görmək və onların qüruruna və xatirəsinə adanmış heykəl və məbədlərdə yaşamaq və ümumiyyətlə orada hərəkətdə olmaq məntiqli görünür. Və bu, dinin ən əhəmiyyətli qisiminə zidd olduğu üçün müqəddəs kitablarda pislənmiş və bütün günahların ən iyrənci elan edilmişdir. Günahın birinci istiqaməti həqiqi Tanrıya qarşı olan xidmətə laqeyd yanaşmaqdır. Çünki biri saxta tanrılara nə qədər çox zaman və fədakarlıq xərcləsə, həqiqi Tanrıya o qədər az xərcləyə bilər. İkincisi, saxta və təqlidi tanrılara, yəni qarabasma və ölü insanların ruhlarına ya da sənin dualarını eşidə bilirmiş, sənə yaxşılıq və ya pisliyi toxunacaqmış təqlidi edərək tanrıların halına gətirdiklərinə xidmət etmək, onlara qorunmaq üçün dua etmək və onlara güvənməkdir ki, onlar saxta tanrılardır çünki sənin onlara təyin etdiyin və onlarda olduğuna inandığın güclərə sahib deyildirlər. Onları tanrılar, müqəddəslər ya da başqa bir adla çağırmanız əhəmiyyətli deyil. Onlara belə güclər yükləmək və bütpərəstlərin tanrılarına yüklədikləri kimi siz onları birinci əmrdə qadağan edilən və bütpərəstlərin tapındıqları tanrılar halına gətirərsiniz. Müqəddəs Pavel bizə bütpərəstlərin tapındıqları tanrıların Tanrı olmadığını söyləyir. Onun bizə söyləmək istədiyi şey onların sonsuz, əbədi, hər şeyə qadir, hər şeyi bilən varlıqlar olmadığı deyil (çünki bütpərəstlər belə onların belə olduqlarını düşünməzdilər), lakin onun dediyi şey onların bütpərəstlərin dediyi tanrılar olmadıqları idi, onlar bütpərəstlərin düşündüyü xüsusiyyətlərə sahib tanrılar deyillər. Yəni ağıllı, onlara sitayiş edənləri görüb eşidən və onlara yaxşılıq ya da pislik edə biləcək ruhlar deyillər. Ölü insanların ruhlarına belə güclər ətf etmək həvarilərin qınadığı şeytanların ya da iblislərin təlimidir.