Avqust 26, 2019

İsrailin “Dəmir qübbə” komleksinin raketləri yəhudi miqrantların yaşadığı binalara düşdü

Eastnews.org-un verdiyi xəbərə görə, ötən gün Qəzza zolağından işğal edilən ərazilərdə olan Sderot şəhərinə endirilən raket zərbələrinə cavab olaraq İsrail hərbçilərinin “Dəmir qübbə” raketdən müdafiə kompleksi işə düşüb.  

“Dəmir qübbə” kompleksindən atılan raketlər hədəflərdən yayınaraq miqrant yəhudilərin yaşadığı binalara tuş gələrək onlar arasında təşvişə səbəb olub.  

Xatırladaq ki, ötən gecə Qəzza zolağından işğal edilən ərazilərə raket zərbələri endirilib.