Avqust 3, 2018

Karl Poper və ateistlərin elmi dəlil tələbi

1.Bilmək istəyirəm, inanmaq istəmirəm.
2.Bilmək istədiyim üçün ancaq elmin dediklərini qəbul edirəm.
3.Dinin elmlə heç bir əlaqəsi yoxdur.
4.Dini qəbul etmirəm.
Ümumiyyətlə ateistlərin elm haqqında düşüncələri kökündən yanlışdır və buna görədir ki, din haqqında olan bir şeyə elmi dedikdə onların acığına gəlir. Məsələn, din alimi sözünün yanlış olduğunu iddia edirlər və özləri böyük bir xətanın içindədirlər. Öncəliklə elmin nə olduğuna baxaq. Elm sözü ərəb dilindən “lm” kökündən gəlmə bir sözdür və mənası nəzəri bilgidir, yəni bir şey haqqında hansısa əsaslarla yola çıxaraq fikir irəli sürmək və bilgi əldə etmək. Ateistlərin əsas xətası onadadır ki, onlar, ingiliscə science sözünü elm sözüylə qarışdırırlar. Science sözü latın dilindən “scire” (bilmək) kökündən gəlir və praktiki bilgi deməkdir. Bizim dilimizdə ateistlərin dediyi elm sözünü praktiki bilgi və ya praktiki elm sözüylə əvəz etsək iddiaları hardasa doğru ola bilər. İndi keçək məsələnin əsas hissəsinə; ateist üçün elm nədir? Elmin nə olduğu haqqında bir çox iddia olsa da, ateistlər daha çox Karl Popperin fikrini qəbul edirlər: “Bir şey yanlışlana bilindiyi zaman elmi olur.” Yəni, bir şeyin elmi olması üçün onun yanlışlana bilinən olması, ona qarşı əks arqumentlərin irəli sürülməsi vacibdir. Daha açıq desək, elm dediyimiz şey tənqidə açıq olmalıdır və xətaları üzərində çalışmalıdır. Popper iddia edirdi ki, bir şeyin təcrübi olaraq tam təsdiqi mümkün deyil, ona görə də həmin şey yanlışlanaraq xətalardan təmizlənməli və nisbətən daha ideal olmalıdır ki, elmi olsun. İndi məsələyə hissə-hissə yanaşaq.
1.Popper obyektiv reallıqdırmı?-Bu iddiayla yola çıxan insanlar özlərinə bu sualı verməlidilər: Popper obyektiv reallıqdır yoxsa subyektiv?
a. Obyektiv reallıqdır-Sistemin bir parçası olan fərdin sistem haqqında dediyi fikir, bütün sistem üçün obyektiv reallıq ola bilərmi? Əgər belə bir şey mümkündürsə, o zaman onun obyektiv reallıq olmasını nəylə sübuta yetirə bilərik?
b.Subyektiv reallıqdır-Belə olduğu halda, bu iddia qətiyyən irəli sürülə bilinməz, çünki bu iddia ancaq Popper və onun kimi düşünən insanlar üçün keçərlidir.

2.Popperin bu fikri yanlışlana bilərmi?
a.Yanlışlana bilər-Əgər yanlışlana bilərsə deməli elmidir. Heç bir testə əsaslanmadan sadəcə beyinlə irəli sürülən bu fikrin elmi olması nə dərəcədə doğrudur? Əgər bu iddia elmidirsə, o zaman bütün beyin məhsulu iddialar elmidir.
b.Yanlışlana bilməz-Belə olduğu halda bir ateist bu fikrin doğruluğunu bilmir, sadəcə inanır. Yəni, tənqid etdiyi inancı özü tədbiq edir. Bu zaman da bir ateistin “elmi olanı qəbul edirəm” fikri tamamilə çökür.

3.Yanlışlana bilinən hər bir şey elmidirmi və ya yanlışlana bilinməyən hər şey elmi deyilmi?
a. Yanlışlana bilinən hər şey elmidir-Belə olduğu halda bütün fərziyyə və nəzəriyyələr hamısı elmidir ki, ateistlər özləri də adi fərziyyələri qəbul etdiklərini qəbul edirlərsə, bizim deməyə bir sözümüz qalmır. Bu iddiayla, hətta dindar kəsim belə insanın torpaqdan yarandığının elmi olduğunu iddia edə bilər.
b. Yanlışlana bilinməyən hər şey elmi deyil-Bu zaman biz artıq qanunların elmi olmadığını qəbul etməliyik. Məsələn, Qravitasiya qanunu elmi deyil. Və yaxud, Termodinamikanın qanunları elmi deyil. Bu barədə bir misal çəkək; Termodinamikanın 2–ci qanununa görə, qapalı sistemdə baş verən bütün istilik prosesləri üçün entropiyanın artması zəruridir. Bu artıq fizikanın qanunudur və yanlışlana bilinmir. Bu zaman bu qanun elmi deyilmi?