İyun 30, 2019

Keçmiş dönəmdə yaşamış ot yeyən timsahlar aşkar edildi

Yuta Təbiət Tarixi Muzeyinin elm insanları Kiqan Melstom və Rendal İrmisin fosilləşmiş dişlər üzərində etdiyi araşdırmalarda, bəzi timsah qruplarının vegeterian olduğunu müşahidə etdilər.

Yuta Universitetində doktorluq müdafiə edən Kiqan Melstrom, “Kəşf etdiyimiz ən maraqlı şey timsahların bitkiləri yediyi idi. İşlərimiz, hər üç timsah ailəsindən birinin fitofaq[1] olduğuna işarə edən kompleks diş şəkillərini bizə göstərdi.” dedi.

İşin əvvəlindən etibarən, nəsli tükənmiş növlərin çox fərqli bir model göstərdiyi çox aşkar idi. Diş ölçüsündə və formasındakı regional fərqliliklər, keçmiş növlərlə indiki növlər arasındakı fərqi çox aşkar bir şəkildə müəyyən edir. Melstrom, “Ət yeyənlər sadə formadakı dişlərə sahibkən fitofaqlar daha kompleks dişlərə sahib olurlar. Həm ət yeyən həm ot yeyənlər isə, ikisinin arasında qalır. Daha əvvəl edilən bir araşdırma, bu diş tipinin timsah və kərtənkələlər kimi sürünənlərdə olduğunu göstərmişdi” deyə şərh etdi.

Nəsli tükənmiş timsahların ən çox nə ilə bəsləndiyini anlaya bilmək üçün Melstrom və məsləhətçisi baş məsul Rendal İrmis, soyu tükənmiş “crocodyliformsların” dişləri ilə yaşayanların dişlərini müqayisə etdilər və təxminən 16 fərqli timsah formasından 146 diş müqayisə etdilər. Nəticələr isə bu heyvanların daha əvvəlki zamanlarda daha qarışıq diş strukturlarına sahib olduqları və diyet ekologiyalarına sahib olduğunu göstərir.


[1] Bitkiylə qidalanan