Avqust 5, 2018

Konfusi və onun fəlsəfi düşüncələri

Konfusi miladdan öncə 551-479-cu illərdə Qədim Çində yaşamışdır. Uşaqlığında gələcək filosof çoban, gözətçi olmuş, yalnız 15 yaşından oxumağa başlamışdır. 50 yaşı olarkən Konfusi fəlsəfə məktəbini yaradır. Şagirdləri onu Kun-tszı, yəni «müəllim Kun» adlandırmışlar. Konfusi təliminin əsas məğzi ardıcılları tərəfindən «Lun yuy» («Mühakimələr və söhbətlər») kitabında nəql olunur. Onlar suallar və cavablar şəklində verilmişdir.

Konfusi dünyada harmoniyanın necə bərqərar olduğunu izah edir. Cəmiyyətdə harmoniyanın yaranması üçün «beş münasibətin» düzgün tənzimlənməsi zəruridir. Bu hökmdar və təbəələri, valide-yin və uşaqları arasında, qadın və kişi arasında, ər-arvad, dostlar arasındakı münasibətlərdir.

Harmonik inkişaf edən cəmiyyət hər kəsin öz işi ilə məşğul olduğu və «övlad ehtiramı» prinsipinin hökmran olduğu ailəyə bənzəməlidir.

Bu prinsip yaş və mövqecə böyük olanın iradəsinə sözsüz tabeçiliyi bildirir. Konfiısi demişdir: «Böyük və kiçik arasındakı münasibətlər külək və ot arasındakı münasibətlərə bənzəyir: külək əsən tərəfə də ot əyilir».

Hər bir insan əsasında «valideyinə ehtiram və böyüklərə hörmət» dayanan insansevərliyi özündə tərbiyə etməlidir.

Konfusiyə görə hər bir kəs «düzgün yola» riayət etməlidir. «Düzgün yol» ətraf dünya ilə harmoniyada yaşamaq və ona qarşı getməmək bacarığıdır.

Konfusiçilik insan idealını alicənab kişi idealı kimi müəyyənləşdirir. Alicənab kişi ədalət, sadiqlik, səmimilik, övlad ehtiramı kimi keyfiyyətlərə malik olmalıdır. Məhz bu keyfiyyətlər – cəmiyyətdə humanizm və harmoniyanın əsasıdır. Konfusi demişdir: «Əgər insanda təbiilik tərbiyədən üstündürsə o kəndliyə bənzəyir. Əksinə olduqda kitablı alimə. Təbiilik və tərbiyə arasında bərabərlik olduqda isə insan alicənab kişidir». Alicənab kişi ritual və etiket bilikləri də daxil tərbiyə vasitəsilə yaranır.

Konfusiçilikdə ölçü Prinsipi məhəbbətdir, başqalarından arzu etdiyimiz isə bizim onlara münasibətimiz ölçüsü olmalıdır.

Səma dünyadakı ədalət və şeylərin nizamına nəzarət edir. Cəmiyyətdəki bütün münasibətlər, hüquq və vəzifələr, rituallar əvvəlcədən səma tərəfindən müəyyənləşir.

Şükürov-Hamı üçün fəlsəfə